SON DƏQİQƏ:

Sumqayıtda hoteldə arvadını öldürən şəxsin məhkəməsi başlayır

  5302   |  
Şriftin ölçüsü  

Sumqayıtda hoteldə meyiti tapılan 1997-ci il təvəllüdlü Aişən Məhərrəm qızı Həsənovanı öldürməkdə şübhəli bilinən Orxan Qorxmaz oğlu Həsənovun cinayət işi üzrə istintaq prosesi başa çatıb.

“Report”un xəbərinə görə, cinayət işi yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Mirzə Xankişiyevin icraatına verilib.

Qeyd edək ki, yanvarın 17-də saat 07:00 radələrində Sumqayıt şəhər ərazisində yerləşən hotellərin birində 1997-ci il təvəllüdlü Aişən Məhərrəm qızı Həsənovanın meyitinin aşkar edilməsi barədə Sumqayıt Şəhər Prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1991-ci il təvəllüdlü Həsənov Orxan Qorxmaz oğlunun qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı yastıqla Aişən Həsənovanı boğaraq sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-05-07
2021-05-06

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 06, 04, 01,
April: 29, 27, 24, 22, 20, 17, 15,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK