adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
05 May 2021 17:52
25757
HADİSƏ
A- A+

Gəncədə evləri su basdı, FHN əməkdaşları əraziyə cəlb edildi - VİDEO

Gəncədə səhər saatlarından yağan intensiv yağışlar nəticəsində bəzi əraziləri - həyətyanı sahələri və evlərin zirzəmilərini su basıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Adalet.az-a verilən məlumatda bildirilir ki, bu gün səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti kəskin dəyişib, güclü külək respublikanın ayrı-ayrı bölgələrində intensiv yağıntılarla müşayiət olunub.

Mayın 5-i səhər saatlarından yağan intensiv yağışlar nəticəsində Gəncə şəhərində bəzi fərdi yaşayış evlərinin zirzəmilərinə, həyətyanı sahələrə, küçə və prospektlərə yağış sularının dolması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə müraciətlər daxil olub.

Müraciətlər əsasında Nazirliyin Gəncə Regional Mərkəzinin müvafiq canlı qüvvə və texnikası yağış sularının yığıldığı ərazilərə cəlb olunub. Görülmüş operativ tədbirlər nəticəsində əksər ərazilərdə suyun çəkilərək kənarlaşdırılması təmin edilib, bəzi ünvanlarda isə işlər hazırda davam etdirilir.