adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
12 May 2021 10:29
43222
SAĞLAMLIQ
A- A+

Qadına yanlışlıqla altı doza koronavirus vaksini vuruldu

İtaliyada qadına yanlışlıqla altı doza koronavirus peyvəndi vurulub.

Euronews.com məlumat verir ki, hadisə Toskana bölgəsində baş verib.

Bildirilir ki, “Pfizer-BioNTech” peyvəndi 23 yaşlı qadına vurulub.

Xəstəxananın sözçüsü Daniella Gianelli qadının 24 saat nəzarətdə saxlanıldığını deyib. Onun səhhətində hansısa bir dəyişiklik olmadığından evə buraxılıb.

Qeyd edilir ki, tibb işçisi peyvəndi 6 qramlıq şprisə doldurub və birdəfəyə qadına vurub, sonra isə gedib.

Faktla bağlı araşdırma başladılıb.

Həkimlər peyvənd edilən qadının immun sisteminin vəziyyətinə nəzarəti davam edəcəklər.