SON DƏQİQƏ:

BP-dən UNEC-ə töhfə: beynəlxalq miqyasda tanınan dərsliklər

  15903   |  
Şriftin ölçüsü  

BP şirkəti Azərbaycanda təhsilin inkişafına göstərdiyi dəstək çərçivəsində növbəti layihəni reallaşdırıb.

Budəfəki layihədə beynəlxalq miqyasda tanınan 4 dərslik bp şirkəti tərəfindən Azərbaycan dilinə tərcümə olunaraq UNEC-ə təqdim edilib.

Hovard Lyun və Bryus L. Berqin həmmüəllifi olduqları “Sosial elmlərdə keyfiyyət tədqiqat metodları” dərsliyində tədqiqatçılar keyfiyyət məlumatlarını tərtib etmək, toplamaq, təhlil etmək və nəticələrini elmi ictimaiyyətə təqdim etmək barədə önəmli məqamları əldə edə biləcəklər.

Elmi bestseller olan Kotlerin “Marketinqin əsasları” kitabı nəzəri müddəaların praktiki tətbiqetmə nümunələri ilə yalnız tələbələr tərəfindən deyil, geniş oxucu auditoriyası tərəfindən də yüksək qiymətləndirilir.

Mişkinin “Pul, bank və maliyyə bazarlarının iqtisadiyyatı” kitabı iqtisadiyyat və maliyyə sahəsi ilə maraqlananlar üçün dəyərli töhfədir. Kitab “Pul siyasəti”, “Pul və banklar”, “Bank işi” və “Maliyyə bazarları” kimi dərslərdə əsas vəsait kimi istifadə edilə bilər.
Con Vivianın “Kütləvi kommunikasiya mediası” dərsliyi isə medianın fəaliyyətindən və media savadlığını artırmağın yollarından bəhs edir.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 27, 25,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Zahid Oruc Brüsseldə oteldə istirahət edir.

Qəflətən yaylım atəşi açılır, ardınca ikinci, üçüncü...

Zahid müəllim həyəcanla vestübülə düşür və otelin işçilərindən nə baş verdiyini soruşur. Otelin administratoru:

- Ser, ABŞ prezidenti Co Bayden Brüsselə gəlib, ona görə atırlar.

Zahid müəllim təəcüblə:

- Nədi, birinci dəfədən vura bilmədilər?

ARXİV

TƏQVİM

FACEBOOK