SON DƏQİQƏ:

Yaşıllıq gizlədir xarabalığı... - İradə Tuncay yazır

  138573   |  
Şriftin ölçüsü  

Quzanlını görmüsüz? Kimin oralarda işi olubsa, ya da savaş vaxtı oralara köç etməyə məcbur olubsa, təbii ki,görüblər. Mən bu gedişimdə yenidən gördüm. Böyük, təmiz, səliqəli, şəhər tipli qəsəbə... Yeni şəhərdi əslində. Yeni Ağdam...Elə əvvəlkinə bənzəyir. İsrar eləmirəm. Təəssüratımı bölüşürəm. Ordan yol alıb köhnə şəhərə gedəndə, yəni olmayan şəhərə gedəndə müharibə deyilən ağrını ilk kilometrdə hiss edirsən. Pafos-flan olmadan deyirəm. Əvvəl tanımırsan, sonra cəngəllikdən çıxıb dağılmış yollarla daralmış, suyu sıxılmış, kiçilmiş bir məkana qədəm qoyursan... Göz baxdıqca dağıntı görürsən. Yaz vaxtıdır, yaşıllıq artıb və bu yaşıllıq sanki gizlədir xarabalığı... Utanır elə bil, ev yiyəsi... Neyləmək olar? Reallıq budur...

Abad görünən Quzanlıdan viranə Ağdama keçirsən, ordan Şahbulaq qalasına yol alırsan. Az əvvəl Şahbulaq qalasında erməni qızları şou göstərirdi, görmüşdük o görüntüləri...

İndi mən baxdım bu qalanın bürclərindən. Yenə uzaqdan abad erməni kəndləri görünür. Belə bir təzad... Allah bilir neçə dəfə dağılıb-qurulub bu yerlər?

Və beynimdə də eyni proseslər gedir...Erməni qızları şou göstərmir indi, amma mən burdayam. Və dinlədiyim söhbətlər inam yaradır ki, yeni, lap yeni şəhər qurulacaq burda. Dağıdıblar onsuz da, yenisin qurmaq, yeni şəhər salmaq ağır olmayacaq. Yəni fiziki çətinliyi deyirəm...Ağlamaq lazım deyil...

Yeni olacaqları, qurulacaqları düşünmək lazımdı...

Bəlkə elə ölkənin ikinci ən böyük şəhəri olacaq??? Zatən ikinci paytaxt haqqında çoxdan söhbət gedir ... Hələ ki, bir müstəvidə birləşdirə bilmirəm fikirlərimi.

Gedişat göstərəcək...

Mətbuatımız da maraqlanmadı, eybi yox... Düzələr... İnşa müsabiqəsi gedir hələ...

 

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 27, 25,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Zahid Oruc Brüsseldə oteldə istirahət edir.

Qəflətən yaylım atəşi açılır, ardınca ikinci, üçüncü...

Zahid müəllim həyəcanla vestübülə düşür və otelin işçilərindən nə baş verdiyini soruşur. Otelin administratoru:

- Ser, ABŞ prezidenti Co Bayden Brüsselə gəlib, ona görə atırlar.

Zahid müəllim təəcüblə:

- Nədi, birinci dəfədən vura bilmədilər?

ARXİV

TƏQVİM

FACEBOOK