SON DƏQİQƏ:

Mənim yazıçım- Oktay Əhmədov... - Saffari yazır

  86695   |  
Şriftin ölçüsü  

Bizlərə, yəni, gənc nəsilə indi məlum olur ki, 60,70,80- ci illərin ədəbi nəsillərində nə qədər unudulmuş adamlar var. Onların bəziləri dünyasını dəyişdiyinə, bəzilərini də proseslərin içində üzə çıxa bilmədiyinə görə unudulublar.Yəqin, özü unudulmaq istəyənlər, başı məişətə qarışmış adamlar da var, onlarla bir işim yox. Allah da. ədəbiyyat da köməkləri olsun.

Zəlzələdən ya vəlvədən unudulan bu adamların əsərlərini oxuyanda hərdən dəhşətə gəlirsən ki, necə olur, filankəs bu qədər mənasız olduğu halda gəlib bu yerə çıxıb, yadda qalıb, amma bu adam yox?! Bu yaxınlarda Rəhim Dünyamalı adlı bir yazıçıdan agah oldum(Q). "Tərsinə addımlayan kölgələr" adlı kitabı ədəbi mühitə səs saldı. 47 yaşında intihar edən bu yazıçı bu günədək unudulubmu. Tale də var, mətn də, amma demək, belə də olurmuş. Dünyanın ədalətsizliyi də elə buradadır.

Həmin nəsillər arasında unudulmuş bir yazıçı da Oktay Əhmədovdur. Dostum Ayxan Ayvaz müəllifin iki PDF kitabını ataraq bu cür gözəl yazıçının unudulmasından şikayətləndi. Ayxanın bu müəllifi mənə atmaq bir məqsədi də müəllifin fərqli yazı üslubun olması, mənim buna diqqət çəkə biləcəyim idi ki, bu yazı da diqqətimə işarədir. Ayxana təşəkkür düşür.

Sən demə, müəllif feysbuk dostluğumda da var imiş. Kitabları oxudum. Oxuduqca feysbuk obrazına baxdım, içimdə dedim; nə əjdaha adam imiş bu!

Özünə də yazdım, onu tanıdığıma şad olduğumu bildirdim.

Zarafatsız, mən nadir hallarda əməli, yaşayış tərzi ilə yazısı üst-üstə düşən yazıçı görürəm. Oktay Əhmədov mənim üçün bu yazıçılardan oldu. Bir ifadə var, filankəs mənim yazıçımdır. İndi Oktay Əhmədov da elə. Mənim yazıçımdır...

Müəllifdən bir xeyli əsər oxudum. Bir xeyli deyəndə, kitabda nə var idisə hamısını.

"Qalxın, məhkəmə gəlir!" povesti, "Cəhənnəm yolu", "Volqodun əsirləri" romanları, " Aşağı məhəllənin uşaqları" kitabından eyni adlı povest, "500 dollarlıq qəbir" " Xrebtovu küçəsində aşura". Yeri gəlmişkən, məhz bu hekayədən sonra xatırladığım bir uşaqlıq hadisəmdən özümə də hekayə yarandı, "Qüsl" hekayəmi yazdım. Buna görə yazıçıma ayrıca təşəkkür edirəm.

"Marfuşa", "Sindbadın nağılı", "Daşa dönmüş", "İsgəndərin buynuzu", "Nağara səsi", "Köhnə həyatın nağılı"

Əsərlərin hər biri o qədər gözəl idi ki, bir neçəsinin adını yazıb, arxasına da "və.s" əlavə edə bilmədim, əlim gəlmədi.

Əslində, ilk əvvəl bir neçə əsəri təhlil etmək fikrində idim. Hətta "Marfuşadan", "Qalxın məhkəmə gəlir", "Xrebtovu küçəsində aşura" əsərlərindən qeydlər də eləmişdim, amma qərarsızlığımdan dolayı yenə fikrimdən daşındım və belə bir yazı yazmaq qərarına gəldim.

Bu hekayələrin hər biri, hər obrazı bizi əhatə edən insanlardır. Unudulmuş insan talelərindən, həyatın o biri üzündən, bəhs edir, amma talehin ironiyasına bax ki, bu müəllif özü də unudulur...

Oktay Əhmədovu mənə doğmalaşdıran məsələ də məhz budur. Underground ədəbiyyat.

Əgər azca da sözün sehrini hiss edə bilirəmsə, hər əsərdə müəllifin hansı xarakterdə olduğunu iliklərimə qədər duydum. Mən bu müəllifə ona görə sevinirəm ki, burda özümü də gördüm. Elə Ayxan Ayvazla danışanda da bunu demişdi ki, Saffari, eyni üslubda, eyni xəttdə, eyni enerji, eyni ruhda yazırsınız.

Oxuyub bitirəndən sonra müəllifin öz nəsildaşlarının bir neçəsinin əsərlərini xatırladım. İlahi, onlarla yanaşı bu əsərlər necə qıraqda qala bilər, axı? Bir ədəbiyyat adamını məncə, bundan o tərəfə incidəcək bir şey olmamalıdır.

Hər belə söhbətlərdə deyilən bir şablon da olsa gözəl ifadə var;

- “Zaman, qədri sonra bilinəcək”. Düzdü, əksər hallarda belə olur. Amma mən istəməzdim ki, müəllif dünyadan köçəndən sonra desinlər, belə biri var idi, gözəl yazırdı. Hazır sağdır, hazır içimizdə və yanımızdadır. Oxuyaq, oxutduraq, ədəbiyyata qiymət vermək. Ədəbiyyat həqiqətən də heç nəyi unutmur. Geci tezi var. Biz tezləşdirsək, daha yaxşı olar...

Orxan Saffari

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-19
2021-09-18
2021-09-17

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17, 10,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK