SON DƏQİQƏ:

Siz də oldunuz mənim tayım - Əntiqə Rəşid yazır

  55032   |  
Şriftin ölçüsü  

Kəndimizdə Vaqif adlı yaşı ötmüş, yetim, kasib bir oğlan vardı. Evi də yox idi ki, evlənsin.. orda- burda, qohumda- tanışda qalardi. Tanıyanlar, ürəyi yananlar onu görəndə deyirdilər ki, ay Vaqif ev tikdir, sonra da evlən! Vaqif hamının sözünü dinləyirdi "hə, sən düz deyirsən," deyirdi, amma ev də tikdirmirdi, heç evlənmirdi də! Ömürü beləcə keçdi. Vaqifin olardı 50 yaşı, bizim kəndimiz işğal olundu.

Camaat isgalla barışmırdi - deyə gəlib yığışmışdı Xındırıstana ki, bəlkə kimsə dedi ki, bizimkilər kəndi geri alib, bunlarda qayıdalar evlərinə! Kəndin işğal olunmayacagına inam o qədər cox idi ki, deyiləndə ki, filankəsin evinə qrad düşdü dağıldı, həmin o filankəs ağlayıb, özünü xarab edirdi ki, niyə evi dağılıb.

Nəisə, camaat yığılıb yolların kənarındakı ağacların dibinə, traktor lafetlərinin altına, at arabasının içinə cəbhədən həyəcanla xəbər gözləyir. Vaqif də camaatın arasındaymış həmin vaxtdi, kefi də yerindəymis! Deyir, dayanın ay camaat, həəə,  bu gündən siz də oldunuz mənim tayım, ...day, sizin də eviniz yox, eşiyiniz yox, qaldınız küçələrdə,,,

İndi baxıram,  gecə qalxan benzinin qiymətiynən maraqlanıram... çox bahalaşdı, vallah!  Düşünürəm ki, bu qiymətlə şəxsi maşın saxlamaq çox müşgül məsələdi, Maşını olanlar ya maşını satarlar, ya da mənim kimi avtobusla gedib gələrlər! Bu gedişlə, Vaqif demiş siz də oldunuz mənim tayım...

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 27, 25,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Zahid Oruc Brüsseldə oteldə istirahət edir.

Qəflətən yaylım atəşi açılır, ardınca ikinci, üçüncü...

Zahid müəllim həyəcanla vestübülə düşür və otelin işçilərindən nə baş verdiyini soruşur. Otelin administratoru:

- Ser, ABŞ prezidenti Co Bayden Brüsselə gəlib, ona görə atırlar.

Zahid müəllim təəcüblə:

- Nədi, birinci dəfədən vura bilmədilər?

ARXİV

TƏQVİM

FACEBOOK