adalet.az header logo
  • Bakı 6°C
  • USD 1.7
08 Iyun 2021 17:58
17401
ELM VƏ TƏHSİL
A- A+

Peyvənd olunan müəllimlərin sayı açıqlanıb

İyunun 5-dək ümumtəhsil müəssisələrində çalışan 135279 (61%) işçi heyəti 1-ci doza peyvəndlənmədə iştirak edib.

Adalet.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildirilib.

Qeyd edilib ki, yaş aralığına görə müəllimlərin peyvəndlənmə göstəriciləri aşağıdakı kimidir:

18-29 yaş arası heyətin 40%-i
30-39 yaş arası heyətin 53%-i
40-49 yaş arası heyətin 64%-i
50 yaşdan yuxarı heyətin 68%-i birinci doza peyvəndlənmədə iştirak ediblər.

Peyvəndlənmədə iştirak edənlər arasında bu günə kimi ciddi pisləşmə halı müşahidə edilməyib.