SON DƏQİQƏ:

Yararsız kolbasa və sosiska məhsulları aşkar edildi - FOTO

  14344   |  
Şriftin ölçüsü  

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində aidiyyəti qurumlarla birgə tədbirləri davam etdirir.

AQTA-dan Adalet.az-a bildirilib ki, Agentlik və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Siyəzən rayonu, Zarat postunda Şükürov Elvin Cavanşir oğlunun idarə etdiyi 99-OU-149 dövlət qeydiyyat nişanlı Ford Tranzit markalı avtomobilin yükdaşıma sahəsinə baxış keçirilib.

Yoxlama zamanı “Aymin” və “Flaqman” MMC-yə məxsus, orqanoleptik göstəricilərində uyğunsuzluq əlamətləri müşahidə olunan istehlaka yararsız, daşınması və saxlanması zamanı temperatur rejiminə əməl olunmayan müxtəlif növ kolbasa və sosiska məhsulları aşkar edilib. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, istehlaka yararsız kolbasa və sosiska məhsulları tullantıların zərərsizləşdirilməsi sahəsində məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 27, 25,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Zahid Oruc Brüsseldə oteldə istirahət edir.

Qəflətən yaylım atəşi açılır, ardınca ikinci, üçüncü...

Zahid müəllim həyəcanla vestübülə düşür və otelin işçilərindən nə baş verdiyini soruşur. Otelin administratoru:

- Ser, ABŞ prezidenti Co Bayden Brüsselə gəlib, ona görə atırlar.

Zahid müəllim təəcüblə:

- Nədi, birinci dəfədən vura bilmədilər?

ARXİV

TƏQVİM

FACEBOOK