SON DƏQİQƏ:

Sevginin xoşbəxt etmədiyi hökmlü qadın, ehtiraslı “Kleopatra”, dərdli ana...   

  51258   |  
Şriftin ölçüsü  

O, böyük tanınmış Terequlovlar nəslinin qızı idi. Bakılılara, eyni zamanda SSRİ xalqlarına yaxşı tanış olan Müslüm Maqomayevin bacısı Malikat xanımın övladıydı. Bəlkə də hökmlü ananın Hökümə adlı qızının olması adi bir təsadüf deyil, nələrinsə işarəsi idi.

Bəli söhbət Azərbaycan səhnəsində bədii və poetik xarakterlər yaradaraq tamaşaçıya qeyri-adi gözəllik, ruhən dinclik, səmimiyyət aşılayan və nəhayət sənət sərgiləyərək zövq bəxş edən xalq artisti Hökümə Qurbanovanın bu gün doğum günüdür.

 

Sənəti ilə əfsanələşən aktrisa

 

"Şeyx Sənan"da Xumar, "Antoni və Kleopatra" da Kleopatra, "Od gəlini"də Solmaz , Şekspirin "Qış nağılı"nda Hermiona, Fridrix Şillerin "Orlean qızı" (Janna d'Ark), Səməd Vurğunun "Fərhad və Şirin" (Şirin və Məryəm), Cəfər Cabbarlının "Od gəlini" (Solmaz) faciələrində mürəkkəb obrazlar yaradıb. Süleyman Sani Axundovun "Eşq və intiqam"ında Zöhrə, Səməd Vurğunun "İnsan"ında Səhər, Qeybulla Rəsulovun "Qarabağ əfsanəsi"ndə Günəş, Anatoli Boryanovun "O tayda"sında Valentina Nikolayevna rollarının ifası realist faciə janrında köklənib. Romantik-dramatik rollar bölümünə Gülbahar ("Müsibəti-Fəxrəddin", Nəcəf bəy Vəzirov), Xuraman ("Vaqif", Səməd Vurğun), Afaq ("Nizami", Mehdi Hüseyn), Oliviya ("On ikinci gecə", Vilyam Şekspir), Cenevrə ("Dərin köklər", Ceyms Qou və Arno D'Nyusso) və digər obrazlarının ifası daxildir. Aktrisa "Azərbaycanfilm"in istehsal etdiyi "Bir ailə" filmində Leyla, "Onu bağışlamaq olarımı?", "Mən rəqs edəcəyəm" kinolentlərində Laçın, Mahmudun anası, "İnsan məskən salır"da Ana rollarına çəkilib. Bütün obrazları ilə Azərbaycan kino və teatr sənətinin təkrarsız ifaçısı tək yaddaşlarda dərin izini salıb.

 

 

Təkrarolunmaz rolların ifaçısı Hökümə Abbasəli qızı Qurbanova 1913-cü il iyun ayının 22-də Bakıda ziyalı ailəsində doğulub. 1931-ci ildə Bakı Pedaqoji Texnikumunu bitirib. Həmin il Konservatoriyasına daxil olaraq, iki il fortepiano sinfində təhsil alıb.c Konservatoriyada təhsil alarkən dramaturq və teatr xadimi Cəfər Cabbarlının təşəbbüsü ilə "Almaz" filmində Yaxşı roluna çəkilib. Ancaq film ekranlara ədibin ölümündən sonra, 1936-cı ildə buraxılıb. Milli Dram Teatrının tamaşalarında əvvəllər ara-sıra çıxış edən Hökümə Qurbanova 1938-ci ildən ömrünün sonunadək bu kollektivin əvəzolunmaz aktrisası kimi şöhrətlənib.

 

İlk sevgi,  ilk evlilik,  ilk ayrılıq...

 

 

Mediadan bilirəm ki, Hökümə xanım ilk məhəbbəti ilə məktəbdə tanış olub. Fortepiano sinfində oxuyanda  Azərbaycan Dövlət Dram Teatrının məşhur aktyoru Ələsgər Ələkbərovla aralarında yaranan dostluq, sonradan məhəbbətə çevrilir. Ailəsi elçilik zamanı anası Höküməni vermək istəmir. Səbəb isə oğlanın ailəsinin maddi vəziyyətinin ağır olması idi. Buna baxmayaraq gənclər evləndilər.1933-cü il yanvar ayında Azərbaycan Kommunist Bolşeviklər Partiyası Mərkəzi Komitəsinin qərarı ilə Bakı Türk İşçi Teatrı Gəncəyə köçürüldü. Gənc ailə Bakını tərk edib, Gəncəyə getməli oldu. Yeni teatrın səviyyəsini qaldırmaq üçün şəxsən Abbas Mirzə Şərifzadə özü Bakıdan Gəncəyə gəldi. Elə həmin vaxt Hökumə xanımın istedadı bu nüfuzlu şəxsin gözündən yayınmır. Şərifzadənin Hökumə Qurbanovaya xüsussi diqqəti və onunla şəxsən məşq etməsi isə başqa problemlərə səbəb olur. Bu, Ələsgər Ələkbərovun qısqanclığı idi. Məsələ burasındadır ki, Hökümə xanım da həyat yoldaşını möhkəm qısqanırdı. Ə.Ələkbərovla evlilikdən Nailə adlı qızları dünyaya gəlsə də, izdivacın ömrü uzun sürmədi. Doğrudan da yaraşıqlı Ələskər Ələkbərov teatırdakı qızların diqqət mərkəzindəydi. Bütün bunların, qarşılıqlı qısqanclığın ardınca evdə ittihamlar, narazılıq, inciklik, küsüşmə halları olur, hətta gün-gündən artırdı. …Onlar elə həmin ilin oktyabrında - Bakıya qayıdan kimi boşandılar! Əzəmətli aktyor Ə.Ələkbərov bütün vacib qadın tərəf-müqabili rollarında H.Qurbanovanı görmək istəmirdi. Nəticədə aktrisa uzun müddət baş rollardan məhrum oldu. Lakin deyilənə görə, 53 yaşında dünyasını dəyişmiş Ə.Ələkbərov ömrünün son gününədək qəlbinin dərinliklərində ilk sevgisini unuda bilməmişdi.

 

Sevginin növbəti dəfə xoşbəxt etmədiyi qadın...

 

 

Bir müddət sonra o teatr rəssamı Nüsrət Fətullayevlə ailə həyatı qurur və bu evlilikdən onların Vəfa adlı qızları dünyaya gəlir. (Nüsrətin qardaşı Fateh Fətullayevi tamaşaçılar “Ögey ana” filmində İsmayılın atası kimi tanıyır. Digər iki qardaşı - Şəmsəddin və Nurəddin bəstəkar olub). Sonralar Vəfa Fətullayeva da Akademik Milli Dram Teatrının səhnəsində maraqlı və yaddaqalan aktrisalardan birinə çevrilir. Amma ikinci evliliyinin ömrü də uzun sürmür.

Qazandığı sənət uğurları: 17 iyun 1943- cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 24 may 1960-cı ildə xalq, 2 mart 1965-ci ildə SSRİ xalq artisti fəxri adlarına layiq görülməsi onun həyatında bəlkə də ən böyük uğurları olub. Ailədəki uğursuzluqlarına bu təltiflərlə təsəlli verməyə çalışsa da, bu onda alınmır.

İkinci dəfə boşanan Hökümə Qurbanova özündən 17 yaş kiçik olan aktyor Gündüz Abbasovla böyük bir məhəbbət yaşayır. Gündüz Abbasov öz dövrünün çox yaddaqalan kino aktyorlarından bir olub. "Telefonçu qız" filmində Mehribanın atası, "Bir qalanın sirri" filmində Elşən, "Onun böyük ürəyi" filmində Rəcəb kimi obrazlara imzasını atıb.

 

Nakam övladlı ana

 

Vəfa Nüsrət qızı Fətullayeva 1945-ci il avqustun 25-də doğulur. Vəfa Fətullayeva orta məktəbi bitirəndən sonra Zaur Nağıyev adlı bir idmançı ilə tanış olur. Onlar böyük məhəbbətlə bir-birlərini sevirlər. Az müddət görüşəndən sonra ailə qururlar. Amma bu evlilik çox kədərli ayrılıqla başa çatır. Deyilənə görə, gənclərin ayrılmasının baiskarı Hökumə Qurbanova olur. O, qızını aktrisa və özünün davamçısı kimi görmək istədiyindən onun ailə qurub səhnədən uzaqlaşmasına heş zaman razı olmayıb. Həyat yoldaşını aktrisa kimi görmək istəməyən Zaur Vəfadan ayrılmalı olur. O xatirələrində söyləyir ki, bizim ayrılma səbəbimiz doğrudanda Hökumə xanım idi: Bir gün mən Pribaltikaya idman yarışına getdim. Onda Vəfa dörd aylıq hamilə idi. Ordan qayıdanda çoxlu uşaq paltarları da almışdım. Gələndə Vəfa məni qarşılamadı. Gördüm oturub ağlayır. Dedim, nə olub, ağır nə isə qaldırmısan, uşağa nə isə olub. Dedi hə. Ancaq mən sonralar anamın vasitəsi ilə öyrəndim ki, o, Dəmir yol xəstəanasında usagımızı tələf etdirib. Bundan sonra bizim birgə yaşamağımız mümkünsüz oldu və biz ayrıldıq”.

Vəfa Fətullayevanın ikinci böyük məhəbbəti öz həmkar Fuad Poladov olur. Amma deyilənlərə görə bu dəfə də Vəfanı Poladovdan ayıran Hökümə Qurbanova olub.

Hafiz Fətullayev bu məsələ haqqında deyir: “Başa düşürdülər ki, nə qədər Hökumə Qurbanova var, onlar ailə qura bilməyəcəklər”

Vəfa Fətullayeva gözlənilmədən sağalmaz bir xəstəliyə, qan xərçənginə düçar olur. 1987-ci ilin may ayında Vəfa və anası eyni xəstəxanada, amma ayrı-ayrı palatlarda yatırlar. Hökümə xanım da həmin ərəfədə xərçəng xəstəliyindən müalicə alırmış. Vəfa may ayının 21-də dünyasını dəyişir. Qızının vaxtsız ölümündən sarsılan Hökümə Qurbanovanın səsi bütün xəstəxananı lərzəyə gətirir. Vəfanın atası Nüsrət Fətullayev yeganə övladının itkisinə dözməyib, 2 aydan sonra rəhmətə gedir. Bir il sonra isə anası Hökumə Qurbanova dünyasını dəyişir.

Əntiqə Rəşid

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-08-01
2021-07-31

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
July: 17, 10, 03, 01,
June: 26, 24, 22, 19, 17, 15,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Kəramət Böyükçöllə bulvarda çayxanada söhbət edirlər. Son vaxtlar intiharda  cox danışan Kəramət:

- Vəli qardaş, sən dünya görmüş adamsan. Görəsən o ən hündür binadan özümü yerə atsam neçə günə yerə düşərəm?

Vəli Xramçaylı:

- Uzağı bir həftəyə.

Kəramət:

- Bəz görəsən yerə düşəndə ölərəm?

Vəli Xramçaylı:

- Ayə bə nədi, bir həftə yerə düşənəcən göydə elə ajınnan ölərsən dana.

ARXİV

TƏQVİM

FACEBOOK