adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Bizim “şillə”mizi vuran fransız... - Əntiqə Rəşid yazır

Əntiqə RƏŞİD
159362 | 2021-06-11 13:30

Bizim ata-babalarımız çox uzaqgörən olublar. Atalar sözü, məsəllər, Ağsaqqal öyüdü- filan... Hamısı böyük bir həyat təcrübəsinə əsaslanır. Bu günlərdə “döymə taxta qapımı, döyərlər dəmir darvazanı” deyimi xeyli papulyarlaşıb.

Fransa prezidenti Emmanuel Makrona şillə vurulması videosu son günlər bütün dünyanın müzakirə etdiyi əsas hadisələrdən oldu. Belə ki, ölkənin cənub-şərqindəki Valans şəhəri yaxınlığında Ten-Ermitaj kommunasına səfər edən zaman dəmir arakəsməyə yaxınlaşan Makron mərasimə qatılan şəxslərdən biri tərəfindən şillələndi. Məlumat üçün bildirək ki, 28 yaşlı fransız 11 və ya 12-ci əsrlərdə Fransa krallarının döyüşlərdə istifadə etdiyi "Montjoie Saint-Denis!" şüarı ilə Makrona sillə vurub və ardınca "məhv olsun Makron", - deyib.

Bu olaya, “oxəyyy” deyənlərdən biri də Makronun haqqına girdiyi bizim camaatdı. Camaat da haqlıdır ha, O boyda Fransanın o boyda adamı, rəsmi və birinci şəxsi burnunu Azərbaycanın daxili işlərinə soxur, yox e, zorla pərçim eliyir.

 

Erməncə ermənilik

 

Yaxın günlərin söhbətidir. Fransa prezidenti rəsmi “Facebook” səhifəsində erməni dilində paylaşım etmişdi. Yazmışdı ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistan ərazisini işğal edib: “Onlar dərhal geri çəkilməlidirlər. Bir daha erməni xalqına deyirəm Fransa sizinlə həmrəydir və belə də qalacaq”. ATƏT-in Minsk qrupu" gizli arzularını ureklərində qoyduğunu bəyan elədi, amma , daha çoxunu arzulayırıq.

 

 

Məşədi ibad deməli, mürtəd oğlu mürtədi yıxıb ağzına-ağzına vurardiq. Əlimizdə o an əlac olsaydı, bu ermənipərəst prezidentə layiq olduğu cavabı verərdik. Təəssüf ki, bu formada cavab verə bilmədik. Sağ olsun 28 yaşlı fransız gənci, bizim işimizi gördü.

 

“Pol Elüar Fondu”

 

Makronun bax , o hədd aşmasından sonra “Pol Elüar Fondu” mövzusu gözlənilən idi. Yəqin ki, artıq hamınızın xəbəri var. Ermənistan mediası məlumat yayıb ki, Xankəndidə Pol Elüar adına Frankofoniya Mərkəzi (Paul Eluard Francophone Center) açılacaq.

"Hayastan" Ümumerməni Fondunun verdiyi məlumata görə, "mərkəz fransızdilli qarabağlı erməniləri birləşdirərək şəhərin inkişafı üçün təhsil, kommersiya və innovasiya platforması olacaq". Ermənilər bu mərkəzi "Qarabağlı ermənilərin yaşamına dövlət səviyyəsində ilk xarici sərmayə" kimi qələmə verirlər.

810 kvadrat metrlik sahəyə malik mərkəzin inşasını Fransadakı Pol Elüar Fondu və "Hayastan" birgə maliyyələşdiriblər. İnşa işləriini Ermənistandakı "Portal" memarlıq studiyası gerçəkləşdirb.

Yəqin razılaşarsınız ki, fransızlarla ermənilərin bu addımı hər bir vətəndaşımızı hiddətləndirib. Fondun Azərbaycan ərazisində, Azərbaycanın müvafiq rəsmi qurumların icazəsi olmadan, Bakı ilə heç bir razılaşdırma aparmadan belə davranışı separatizmi aşkar dəstəkləmək, Azərbaycanın qanunvericiliyi ilə beynəlxalq qanunları kobud şəkildə pozmaqdır.

İndi yazıblar ki, əllərinə sağlıq olmuş həmin o 28 yaşlı fransız – “şilləvuran” həbs edilib. Düşünürəm ki, amma kiminsə “şilləvuran”ı olmaq da heç yaxşı şey deyilmiş...

TƏQVİM / ARXİV