SON DƏQİQƏ:

Dünyaca məşhur azərbaycanlı xoreoqraf BXA-nın qonağı olub

  30513   |  
Şriftin ölçüsü  

Dünyaca tanınmış xoreoqraf, Rusiyanın Əməkdar incəsənət xadimi, Mariinski Teatrı Primorsk səhnəsinin baş baletmeysteri Eldar Əliyevlə Bakı Xoreoqrafiya Akademiyasının (BXA) qonağı olub. 

BXA-nın Tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən Əziz Qarayusifli qonağı pedaqoji heyətlə tanış edib. Sonra Eldar Əliyevə akademiyada həyata keçirilən islahatlar, BXA-nın gələcək planları və tədris prosesi barədə məlumat verilib. Görüş əsasında xoreoqrafiya təhsili sahəsində yeniliklər, tələbə-müəllim heyətinin mübadiləsi, tədris metodikası haqqında müzakirələr aparılıb.
Eldar Əliyev də öz növbəsində səmimi qarşılanmayan görə akademiya rəhbərliyinə təşəkkür edərək BXA-nın Rusiyanın ali təhsil müəssisələri ilə əməkdaşlığının inkişafı üçün dəstək verəcəyini vurğulayıb. Xoreoqraf onu da qeyd edib ki, ali təhsil müəssisələri ilə əməkdaşlıq zamanı pedaqoqların seçiminə xüsusi yanaşılmalıdır. 

Görüş zamanı gələcəkdə həyata keçirilə biləcək birgə tədbirlər barədə də fikir mübadiləsi aparılıb. Gələcəkdə E. Əliyevlə BXA arasında əməkdaşlıq barədə razılıq əldə edilib. Eldar Əliyev Bakı Xoreoqrafiya Akademiyasının rəhbərliyinə xatirə hədiyyələrini təqdim edib. 
Görüşün sonunda BXA şagird və tələbələri qonağın şərəfinə konsert proqramı ilə çıxış ediblər. “Zəriflik”, “Qu gölü”, “Tənhalıq”, “Müqavimət” və digər rəqs parçaları ifa olunub. 

Konsertin sonunda isə Əziz Qarayusifli qonağa təşəkkürnamə təqdim edib.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-08-01
2021-07-31

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
July: 17, 10, 03, 01,
June: 26, 24, 22, 19, 17, 15,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Kəramət Böyükçöllə bulvarda çayxanada söhbət edirlər. Son vaxtlar intiharda  cox danışan Kəramət:

- Vəli qardaş, sən dünya görmüş adamsan. Görəsən o ən hündür binadan özümü yerə atsam neçə günə yerə düşərəm?

Vəli Xramçaylı:

- Uzağı bir həftəyə.

Kəramət:

- Bəz görəsən yerə düşəndə ölərəm?

Vəli Xramçaylı:

- Ayə bə nədi, bir həftə yerə düşənəcən göydə elə ajınnan ölərsən dana.

ARXİV

TƏQVİM

FACEBOOK