SON DƏQİQƏ:

“Ölkəmiz NATO ilə dialoqun daha da genişlənməsini istəyir” - Hikmət Hacıyev

  22699   |  
Şriftin ölçüsü  

Azərbaycan NATO ilə münasibətlərin inkişafı üzrə fəal təşəbbüslərlə çıxış edib. Azərbaycanla NATO arasında siyasi dialoq ən səmərəli mexanizmlərdəndir. Ölkəmiz təşkilatla əməkdaşlıq və dialoqun daha da genişlənməsini istəyir.

Adalet.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Azərbaycanın Avratlantik məkanın sülh və təhlükəsizliyə töhfəsi” mövzusunda beynəlxalq konfransında deyib.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycan NATO-nun regional sabitliyi, təhlükəsizliyi diqqətlə izləməsini və birbaşa müdaxilə etməməsini yüksək qiymətləndirir. Azərbaycan postmünaqişə dövründə regional əməkdaşlıqda maraqlıdır və Zəngəzur dəhlizi regionda əməkdaşlığın uğurlu nümunəsinə çevrilə bilər.

Azərbaycanın beynəlxalq təhlükəsizliyin təmin olunmasında NATO-nun rolunu alqışladığını vurğulayan Hikmət Hacıyev bildirib ki, ölkəmiz təşkilatla mövcud sazişlərin tərəfdaşlıq prinsiplərinə sadiqdir.

Prezidentin köməkçisi deyib ki, Azərbaycan beynəlxalq münasibətlərin inkişafına böyük əhəmiyyət verir. “Azərbaycan Qoşulmama Hərəkatından beynəlxalq sülh və təhlükəsizliyə töhfə vermək üçün istifadə edir. Biz xüsusilə COVID-19-dan sonra yaranmış reallıqlar nəzərə alınmaqla, beynəlxalq münasibətlərdə sabitliyin təmin olunması üçün dəyərlərə, əməkdaşlığa diqqət veririk”, - deyə Hikmət Hacıyev əlavə edib.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-08-01
2021-07-31

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
July: 17, 10, 03, 01,
June: 26, 24, 22, 19, 17, 15,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Kəramət Böyükçöllə bulvarda çayxanada söhbət edirlər. Son vaxtlar intiharda  cox danışan Kəramət:

- Vəli qardaş, sən dünya görmüş adamsan. Görəsən o ən hündür binadan özümü yerə atsam neçə günə yerə düşərəm?

Vəli Xramçaylı:

- Uzağı bir həftəyə.

Kəramət:

- Bəz görəsən yerə düşəndə ölərəm?

Vəli Xramçaylı:

- Ayə bə nədi, bir həftə yerə düşənəcən göydə elə ajınnan ölərsən dana.

ARXİV

TƏQVİM

FACEBOOK