SON DƏQİQƏ:

Baş prokurorluq İƏT-lə əlaqələri genişləndirir

  22299   |  
Şriftin ölçüsü  

Azərbaycan Respublikası Baş prokurorluğunun beynəlxalq və regional təşkilatlarla, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatı ilə (İƏT) səmərəli əlaqələrinin genişləndirilməsi davam etdirilir.

Baş prokurorluqdan Adalet.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin rəhbərlik etdiyi nümayəndə heyəti cari ilin 16-17 iyun tarixlərində Özbəkistan Respublikasının Daşkənd şəhərində baş tutmuş "Üzv Ölkələrin Korrupsiyaya qarşı Mübarizə qurumlarının və Ombudsmanlarının 4-cü İclası"nda iştirak etmişdir.

Sözügedən tədbirdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Natiq Eyvazov və həmin idarənin prokuroru Elşən Orucov iştirak etmişlər.

Özbəkistan Respublikasının rəhbər vəzifəli şəxslərinin, eləcə də İƏT katibliyinin səlahiyyətli nümayəndəsinin açılışını etdiyi, Türkiyə, Pakistan, İran və təşkilata üzv olan digər ölkələrin korrupsiyaya qarşı mübarizə qurumları rəhbərlərinin, ombudsmanlarının və digər nümayəndələrinin iştirakı ilə keçirilən tədbirin korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş birinci hissəsində üzv ölkələrin nümayəndələri korrupsiyaya qarşı mübarizə sahəsində milli kontektsdə əldə etdikləri nailiyyətlər barədə məlumatları tədbir iştirakçıları ilə bölüşmüş, bu sahədə səmərəliliyin artırılmasında beynəlxalq əməkdaşlığın rolunu xüsusi vurğulamışlar.

Tədbirin qeyd edilən hissəsində çıxış edən Natiq Eyvazov ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla görülmüş işlər, habelə Azərbaycan Respublikasının Prokurorluğunda müvafiq olaraq həyata keçirilmiş hüquqi-institusional islahatlarla bağlı iştirakçılara məlumat vermişdir.
Tədbirin sonunda görüşün yekun hesabatı və "Daşkənd Bəyannaməsi" qəbul edilmişdir.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-08-01
2021-07-31

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
July: 17, 10, 03, 01,
June: 26, 24, 22, 19, 17, 15,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Kəramət Böyükçöllə bulvarda çayxanada söhbət edirlər. Son vaxtlar intiharda  cox danışan Kəramət:

- Vəli qardaş, sən dünya görmüş adamsan. Görəsən o ən hündür binadan özümü yerə atsam neçə günə yerə düşərəm?

Vəli Xramçaylı:

- Uzağı bir həftəyə.

Kəramət:

- Bəz görəsən yerə düşəndə ölərəm?

Vəli Xramçaylı:

- Ayə bə nədi, bir həftə yerə düşənəcən göydə elə ajınnan ölərsən dana.

ARXİV

TƏQVİM

FACEBOOK