adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
10 Iyul 2021 12:10
38766
SAĞLAMLIQ
A- A+

Qocalmaq və ölmək istəməyənlərin nəzərinə: Bunlardan uzaq durun!

Qədim zamanlardan bu günə qədər bəşər övladı iki nüansı bacara bilmədi. Bir əbədi həyatı, bir də əbədi gəncliyi.

Amma hər ikisini müvəqqəti də olsa, ləngitmək mümkündür. Bunun üçün insan sağlam həyat tərzi seçməli, təbiətlə sığ bağlılıq qurmalıdır. Eyni zamanda yediyimiz ərzaqların nəyə gətirib çıxaracağını da bilməlidir.

Adalet.az xəbər verir ki, sağlam qidalanmaq orqanizm üçün xeyirlidir. Bununla siz təkcə formada qalmağı bacarmır, eyni zamanda cavanlaşırsınız da. Amma bəzi qidalar var ki, onlar insanı tez qocaldır.

Əvvəlcə Azərbaycanda fəaliyyət göstərən professional yoqa müəllimi və yoqa bilicisi Elçin Quliyevin məsləhətinə riayət edərək üç ağ ölümü tanımalı və nəticə çıxarmalısınız: “Duz, ağ şəkər və ağ unu qida rasionunuzda minimuma endirin”

Dietoloqlar düşünürlər ki, ət və ət məhsulları( kolbasa, sosiska, hisə verilmiş balıq) eyni zamanda tərəvəzləri qızardaraq yemək kökəlməyinizə, bədəninizin sallanmasına, dərinizin çirkli görünməsinə, qocalmasına gətirib çıxaracaq. Həm yağlı, həm də ziyanlı qızartma yeməkləri nəinki qocaldır hətta qocalmağa da imkan verməyib öldürən “sevdiklərimizdəndir”.



Qəhvə- əzələlərin fəaliyyətini nəbzi, ürəkdöyünməni artırmaqla yanaşı arterial təzyiqi də artırır. Alimlərin araşdırmaları gün ərzində 6 stəkan kofe içən adamlarda ürək-damar sistemi xəstəliklərinin, digər adamlara nisbətən 71% çox rast gəldiyini təsdiqləmişlər. Ürəyində xəstəlik olan insanlar kofe içməyin zərərli olduğunu aparılan araşdırmalar təsdiq etmişdir.

6. Araşdırmaları aparan alımlər insanlara nə qədər çox kofe içirlərsə, bir o qədər də su içmələrini məsləhət görürlər.Hazır satılan qarışıq qəhvənin tərkibində orqanizm üçün ziyan olan maddələr mövcuddur. Bu da mədə xorası yaradır. Buna görə də çalışın təbii qəhvə alıb dəmləyin.

 

Xəmir xörəkləri: tort, badambura, halva, xəngəl, qutab, düşbərə, xəşil, quymaq və sairə kimi un məmulatları və xəmir xörəkləri oturaq işlə məşğul olan insanların sağlamlığına ziyandır.
 

Bu cür qidalar orqanizmi qocaldan ilkin vasitədir. Xəmir xörəklərinin tərkibində karbohidratlar var ki, bu da orqanizmə ziyandır.


 

Marqarin yağları tərkibində təbii maddələr olmadığı üçün həzm olunmur. Bu da orqanizmdə yağın yığılmasına gətirib çıxarır. Şəkərli tərəvəzlər: kök, qarğıdalı vitamin üçün yeyilə bilər. Amma həddindən çox yeyildikdə orqanizm üçün ziyandır. Bu tərəvəzlər insanı kökəldir. Qazlı sular tez-tez istifadə edildikdə, aludəçilik yaradır. Tərkibində ziyanlı maddələr və şəkər var. Onun tərkibində olan maddələr bədəndəki kalsiumu məhv edir.

 Əntiqə Rəşid