adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
20 Iyul 2021 20:49
17878
SAĞLAMLIQ
A- A+

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 26 036 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10 666, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 370 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 383 875, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 591 666, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 792 209 təşkil edir.