SON DƏQİQƏ:

FHN-də yanğın təhlükəsizliyi ilə bağlı əməliyyat müşavirəsi keçirilib

  19774   |  
Şriftin ölçüsü  

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətində (DYNX) əməliyyat müşavirəsi keçirilib. Xidmət rəisi daxili xidmət general-mayoru Hikmət Abbasovun rəhbərliyi ilə keçirilən əməliyyat müşavirəsində DYNX aparatının şöbə rəisləri və ərazi Dövlət Yanğın Nəzarəti idarələrinin rəisləri iştirak edib.

FN-dən Adalet.az-a bildirilib ki, müşavirədə son günlər ərzində qardaş Türkiyə Respublikasının bəzi bölgələrində tüğyan edən və hazırda davam edən, meşələrdən başlayaraq yaşayış məntəqələrinin ərazilərini bürüyən yanğınlarla bağlı mövcud vəziyyət diqqətə çatdırılıb və onun acı nəticələri təəssüflə qeyd edilib. Xidmət rəisi ölkəmizdə analoji hadisələrin qarşısının alınması məqsədilə təsdiq edilmiş mövcud tədbirlər planı haqqında danışaraq, aidiyyəti dövlət orqanları ilə birgə yüksək risk qrupuna aid edilən, o cümlədən yanğın potensiallı obyekt və ərazilərdə yanğın təhlükəsizliyinə nəzarətin gücləndirilməsinin, informasiya mübadiləsinin aparılmasının və mümkün qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyini bildirib, müvafiq tapşırıqlar verib.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-17

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17, 10,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK