adalet.az header logo
  • Bakı 20°C
12 Avqust 2021 10:14
9312
ELM VƏ TƏHSİL
A- A+

Bu gündən məktəbəhazırlıq qruplarında təhsil alanlar üçün məktəb seçimi başlayır

Bu gündən məktəbəhazırlıq qruplarında təhsil alacaq uşaqlar üçün məktəb seçiminə start verilir.

Adalet.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyini məlumat yayıb.

Bildirilib ki, valideynlərə yalnız bir məktəb seçərək sorğu yerləşdirmək imkanı yaradılır.

Əgər valideyn məktəb seçdikdən sonra fikrini (seçimini) dəyişərsə, şəxsi kabinetə daxil olaraq yerləşdirilən sorğunu silib yenidən məktəb və müəllim seçə bilər. Lakin məktəb tərəfindən sistemdə sorğu təsdiq edildikdə o ləğv edilə bilməz. Yalnız məktəb tərəfindən sistemdə (www.mektebeqebul.edu.az) imtina düyməsi vurulduğu halda başqa məktəb seçimi edilə bilər.

Xatırladaq ki, dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-ü saat 18:00-da başa çatacaq.