adalet.az header logo
  • Bakı 28°C
13 Avqust 2021 18:26
10054
ELM VƏ TƏHSİL
A- A+

Xaricdə təhsil alan və diplomu tanınanlar üçün kadr bankı yaradılıb

Xaricdə təhsil alan və diplomu tanınanlar üçün kadr bankı yaradılıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən Adalet.az-a verilən məlumata görə, xarici diplomları ölkə ərazisində tanınan şəxslərə təqdim olunan şəhadətnamələr, sənəd sahiblərinə təhsili növbəti pillədə davam etdirmək hüququ ilə yanaşı, əmək fəaliyyəti ilə məşğul olmaq imkanı da yaradır.

Bu xüsusda sahibkarların əmək fəaliyyəti ilə məşğul olmaqda maraqlı olan vətəndaşların məlumatlarına əlçatanlığını təmin etmək məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin kadr bankı istifadəyə verilib. Təsis edilmiş kadr bankı işəgötürənlərin bilik, bacarıq və səriştələri yüksək olan şəxsləri müəyyən etmələrinə dəstək olarkən, xaricdə ali təhsil almış tələbələrə ölkəmizin əmək bazarına giriş imkanı təqdim edəcək.

Bunun üçün, xarici diplomları tanınan ərizəçilər şəxsi kabinetlərində “Kadr bankına qoşul” düyməsinə sıxmaqla kadr bankına qoşula və tərcümeyi-hallarını həmin portala əlavə edə bilərlər. İndiyədək xarici diplomları ölkə ərazisində tanınan bütün müraciətçilərə SMS bildiriş göndərilib.

Ətraflı məlumat üçün www.tkta.edu.az və ya taninma.az saytına daxil ola bilərsiniz.