SON DƏQİQƏ:

Əfqan köçü təhlükəlidirmi, yoxsa yox? - Eminquey yazır

  1783   |  
Şriftin ölçüsü  

 

Əfqanıstan narko-dövlətdir.

Dünyada heroin bazarının 90 faizi bu ölkənin payına düşür.

Əfqanıstandan çıxan heroindən hər il 65 milyard dollar gəlir əldə olunur. Bunun sadəcə 3 milyardı Əfqanıstanda paylanır, qalanını isə bu işi təşkil edənlər aralarında bölüşürlər.

Əfqanıstanda fabrik yoxdur, iş-güc yoxdur, 1 milyon insan narkotik istehsal etməklə dolanır. Yazda 1 milyon adam xaş-xaş tarlalarına cumur, işləyir, gündəlim əmək haqqını alır, yenə 11 ay işsiz qalır və oturub yaz başını gözləyir.

ABŞ-dakı heroin bazarını Meksiya bəsləyir. Avropa və Asiya bazarını isə Əfqanıstan. Mallar “Balkan yolu” adlanan quru yolu ilə İran və Türkiyə vasitəsilə Avropaya daşınır.

Hava yolu ilə isə yalnız Kabil aeroportundan... Çünki ölkədə 60 hava limanı olsa da, onlardan yalnız dördündən beynəlxalq uçuşlar etmək mümkündür. Hal-hazırda yalnız Kabil aeroportu Əfqanıstanın nəzarətindədir. Qalanları Talibanın əlinə keçib.

Dəniz yolu ilə isə Pakistan vasitəsilə... Ümman dənizində gəmilərə yüklənir, Somali limanlarında boşaldılır, quru yolu ilə Ağ dəniz sahillərinə çıxarılır, Liviya, Tunis, Fas vasitəsilə yenə dəniz yolu ilə Avropaya çatdırılır.

Xaş-xaş Əfqanıstanda həmişə olub, amma şəxsən ABŞ tərəfindən heroin bazası halına gətirilib.

Necə?

2000-ci ildə Taliban fətva verərək xaş-xaş əkinini qadağan etdi.

2001-ci ildə isə ABŞ işğalı baş tutdu.

2002-ci ildən isə xaş-xaş əkini yenidən başladı, Əfqanıstan heroin dövlətinə çevrildi.

2001-ci ildə xaş-xaş əkilən ərazi 7000 hektar idisə, bugün 300 min hektara yaxınlaşıb.

2001-ci ildə ildə 150 ton narkotik istehsal olunurdusa, bugün 7000 ton narkotik istehsal olunur.

Bütün bunlarla yanaşı Əfqanıstanda “narkotiklə mübarizə nazirliyi” var, amma hökümətin, generalların, polis rəislərinin narkotikə bulaşdığını, bu çirkli pullarla altlarına sərvət yığdıqlarını bütün dünya bilir.

Əfqanıstanda hər on nəfərdən biri narkotik alüdəçisidir. Təxminən 4 milyon insan narkotikdən istifadə edir. Bunların 1 milyonu qadındır. Dünyada ən çox narkotik istifadəçisi olan ölkə Əfqanıstandır.

Kabildə heroin almaq dükandan çörək almaq qədər asandır. Bu ölkədə narkotikə başlama yaşı altıya qədər düşüb. Cahillik o qədər geniş vüsət alıb ki, süd əmən uşaqlarda boğulma baş verdikdə, öskürəyini kəsmək üçün tiryək verib uşaqları doğulan andan narkotikə alüdə edirlər.

İndi siz düşünün, əfqan köçü təhlükəlidirmi, yoxsa yox?

 

 

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-26
2021-10-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 26 23 21 19 16 14 12 09 07 05

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK