Valideynlərin oxuması vacibdir - Əzizə İsmayılova yazır

ƏZİZƏ İSMAYILOVA
3341 | 2021-09-08 12:25

DİQQƏTməktəb məsələsinin Mustafası lakonik şəkildə:

✅Sentyabrın 22-də ibtidai siniflərdə əyani tədrisə başlanılır.

✅Sentyabrın 29-da 5-11-ci siniflərdə, həmçinin məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil müəssisələrində ənənəvi tədris bərpa ediləcək.

✅Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-dən başlayacaq.

✅Hazırda təhsil işçilərinin 169 min 862 nəfəri vaksin olunub. 138 min 654 nəfər təhsil işçisi vaksinin hər iki dozasını qəbul edib.

✅Tədrisin gec başlaması ilə əlaqədar olaraq keçirilməyən dərs saatları ili ərzində tətil günləri hesabına bərpa olunacaq.

✅Özəl ümumi təhsil müəssisələrində tədris təsisçinin valideynlərlə birgə razılaşmasına əsasən, 15 sentyabrdan tez olmamaqla başlanıla bilər.

✅Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə birlikdə monitorinq qrupu yaradılıb. Təhsil müəssisələrində dezinfeksiya işlərinin həyata keçirilməsi, sanitar-gigiyenik qaydalara əməl edilib-edilməməsi ilə bağlı monitorinq aparılacaq.

✅Valideyninin COVID-19 pasportu olmayan uşaqlar tədrisdən kənar qalmayacaq.

✅2021-2022-ci tədris ilində teledərslər davam edəcək.

✅Məktəblərdə şagirdlərdən maska taxmaq tələb olunmur. Bu, valideynlərin istəyinə bağlıdır.

✅Şagirdlərin summativ qiymətləndirilməsi ənənəvi qaydada aparılacaq.

✅Ali təhsil müəssisələrində mühazirələrdə tələbələrin sayına nəzarət ediləcək. Çünki auditoriyalarda 50-60 nəfər tələbəyə mühazirə oxunması karantin qaydalarına uyğun deyil.

✅Tələbələr bu tədris ilində təhsil tələbə krediti ala biləcəklər.

✅Məktəblərdə bufetlər və idman zalları mərhələli şəkildə açılacaq.

✅Vahid məktəbli forması ilə bağlı qaydalar hələ qəbul olunmayıb.

✅Pandemiya səbəbindən övladını məktəbə göndərmək istəməyən valideynlərin iltizam məktubu yazması məsələsinə baxılacaq.

✅Bütün məktəblərdə xüsusi izolyasiya otaqları hazırlanıb.

TƏQVİM / ARXİV