adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
13 Sentyabr 2021 13:13
887
ŞOU-BİZNES
A- A+

Müğənnilər gileyləndi: “Bu sənətdə pul yoxdu”

Pandemiya başlayandan incəsənət sahəsinin , o cümlədən, şou-biznes nümayəndələrinin  giley-güzarı bitib tükənmir.

 Adalet.az xəbər verir ki, müğənni Kərim Abbasov giley edənlərin başında durur. O bildirib ki, sənəti atıb, biznesə qoşulacaq:  
"Pandemiyada başa düşdüm ki, ən lazımsız sənət bizim sənət imiş. Hər yer ən az 2, 3, 5 ay işlədi. Bir sənət dünyası çökdü. Biznes qurmağı düşünürəm, amma Azərbaycanda yox. Tam sənətdən kənar bir işdir. Rusiyaya gedəndə dostum mənə məsləhət verdi ki, ağlını işlət, sənin müğənnilikdən başqa gəlirin olmalıdır. Rusiyada quracam biznesi.
İndi başım qarışıb borc qaytarmağa. Çoxlu borc yığmışdım. Düşünürdüm ki, altından necə çıxacam? Sıfırlar çox idi. İndi çox azalıb. İşlədim və borc qaytardım. Anamı, atamı itirdim, depressiyaya düşdüm. Kreditlərim, borclarım... yük idi, altından sən çıxmalısan. Nəsildə bir işləyən var, sən etməlisən. Bir yolum var idi, ya gedib orada çalışmalı idim, ya batıb gedəcəkdim. Marketə girəndə heç vaxt qiymətə baxmırdım. Pandemiyada hər şeyin qiymətinə baxmağa məcbur olmuşdum. O vəziyyətə düşmüşdüm.
Rusiyada mənim kimi sənətçi çox idi. Ora gedəndə başa düşdüm ki, sənətkaram, “A klassam” deməklə deyil. Onların sənətkarlığının sıfır dərəcədə olduğunu gördüm. Orada iki həftə qalan “Əməkdar”, “Xalq artistləri” gördüm. Heç yerə dəvət ala bilmirdilər".

 Onun gileyinə həmkarı müğənni Nərmin Kərimbəyova da qoşulub:
 “Pul məni dəyişməyib. Pulsuzluqdan gəlməmişəm. Sənətdə pul yoxdur, xüsusilə də estradada. Bəlkə də toyda var. Toylara yarım saatlıq qonaq kimi gedirəm, amma toy aparmıram. Toy mənə maraqlı deyil və janrım deyil. Toyda ifa etməyi öyrənə bilərəm, amma istəmirəm. Çünki o zaman mənim istədiyim şou alınmayacaq. Özümü estradada görürəm”.
Görünən odur ki, pandemiya  və karantin şou-biznes əhlinin cibini əməlli-başlı boşaldıb.


 Əntiqə Rəşid