SON DƏQİQƏ:

Səriyyə Müslümqızı: "Cıdır düzündən Xocalıya boylandım...” MÜSAHİBƏ - FOTOLAR

  1428   |  
Şriftin ölçüsü  


 Səriyyə Müslümqızının  imzası 1988- ci ildən Azərbaycan oxucusuna tanış imzadır. Bu gün o bizim redaksiyamızın qonağı oldu. 44 günlük müharibədən sonra rəşadətli Azərbaycan ordusu  torpaqlarımızı işğaldan azad etdi və 30 illik həsrətimizə son qoydu.

Artıq yanvar ayından işğaldan azad olunmuş ərazilərimizə turlar, səfərlər təşkil edilib və həsrətində  olanlar gedib o yerləri bir daha gördülər, ziyarət etdilər. Bu günlərdə tanınmış jurnalist Səriyyə Müslümqızı Şuşa səfərinə gedib. Fürsətdən istifadə edib bu müqəddəs məkana gedərkən hansı hissləri keçirdiyini soruşduq:


 - Səriyyə xanım, “Şuşaya səfərə gedəcəksiniz” xəbərini eşidəndə necə reaksiya verdiniz?


 - Xəbəri səfərdən bir gün əvvəl  zəng edib dedilər. Telefonda bir anlıq dondum, süst qaldım, Həyəcandan zəng edənə də  bir  “sağolun“ deməyi unutdum.  İnanırsınız sabaha qədər gözümə yuxu getmədi. Elə bilirdim Şuşaya getmək  sanki gəncliyimə, qaynar vaxtlarıma . yazıb-yaradan, xoşbəxt günlərimə getmək deməkdi.

 

 

 Səhər yola düşəndə yəqin ki, sevinirdiniz...?


-  Düzünü deyim, hisslərim o qədər dəyişik idi ki, bilmirdim sevinim, gülüm , ağlayım, qışqırım, bağırım... bilmirəm?.. Amma həm də susqun idim.. İçimdə təlatüm vardı, amma çölüm çox sakit bir tövrdəydi...Azneft meydanından  düz Qarabağ torpaqlarına çatana qədər  Qarabağdakı illərim, günlərim, anlarım gözüm önündən kinolenti kimi keçdi. Balaca vaxtı  etdiyim şıltaqlığımı da, intizamlı şağırd kimi seçilməyimi də, anama ev işlərində kömək göstərən övlad olmağımı da şirin təbəssümlə xatırladım. Elimin-obamın başının üstünü qara buludlar alan tarixə gəlib çatanda, sanki o qara buludlar bütün hisslərimin üzərinə də çökdü. Münaqişə, sonra qanlı müharibə dövrlərini, ağrısı-acısı hələ də canımdan çıxmayan faciələri, dəhşətləri yenidən yada saldım. Yada salmadım e, sanki hadisələr kadrlara dönüb özü gözlərim önündə canlandı.

- Yeri gəlmişkən, son dəfə Şuşaya nə vaxt getmişdiniz?


-  Xocalı ilə Şuşa yaxın idi, nə uzaq yol idi ki, gec -gec gedəydim?! Tez-tez gedərdim. Xüsusən 1988-ci ildən sonra orda işıq üzü görən “Şuşa” qəzetinin redaksiyası mənə doğmalaşmışdı. Allah rəhmət eləsin, Təranə Muxtarovaya... qəzetin baş redaktoru idi. Böyük insanlar, peşəkar qələm sahibi idi. Redaksiya Şuşa rayon icra hakimiyyətinin 4-cü mərtəbəsində yerləşirdi. Bura gəlirdim və hamı ilə görüşürdüm. Şuşaya çatanda da birinci o binanı görməyə can atdım. Vəhşilər binanı darmadağın eləmişdilər. Dağıntılara baxa-baxa susdum. kövrəldim. Həsrətini cəkdiyim binaya girmək, pilləkanlarla 4-cü mərtəbəyə nəfəs dərmədən qalxmaq, redaksiyanın qapısını açıb səsim çatdığı qədər qışqırmaq istəyirdim: Təranə xanım, mən gəldim, Əli müəllim, mən gəldim, Kərim (jurnalist Kərim Kərimli - red.Ə.R) mən gəldim. Kövrələ-kövrələ pıçıldayırdımdoğmalarımın adını. Qəflətən arxa tərəfdən kimsə  asta səslə dedi ki, “Səriyyə, mən də burdayam...” Geri dönəndə Kərimi gördüm. O da Şuşadaymış. Sevincimin həddi hüdudu olmadı... Kimsə məni eşitdi axı... 


-Şuşada bir haranı görmək arzunuz reallaşdı?

 


- Əslində Şuşanın hər küncü- bucağı mənə əziz olduğu üçün hər tərəfini görmək istəyirdim. O vaxtı Cıdır düzündə çox olmuşdum. Əsrarəngiz bir gözəllik var orda. Oranı daha çox görmək istəyirdim. Deyirlər,  ordan baxanda Qarabağ ovuc içi kimi görünür. Mən o ovucun içində Xocalını uzaqdan da olsa görmək arzusuyla Cıdır düzünə getdim. Xeyli o istiqamətə baxdım, baxtım... Görmədim. Ayaq üstə dura bilmədim yaxınlıqdakı qaya parçasına yaxınlaşdım. Kürəyimi ora söykəyib, gözlərimin yaşını sildim. Əslində az qalırdım oradan qışqıram ki, hey Xocalı haradsansa, görün gözümə, səni heç olmasa, bircə anlıq görüm... Bu kəlmələri də pıçıldayandan sonra gözümdə yaşmı dayanardı?

 

- Sizi ayrı nə təsirləndirdi orda? 


- Sıldırım qayalar... Şuşanı işğaldan azad etmək üçün hərbçilərimiz orjinal yoldan deyil  yolu-keçidi olmayan o qayalıqları fəht edərək Şuşaya girmişdilər. O sıldırım qayalıqlar var ha, ora baxanda adamın gözləri dönürdü, başı fırlanırdı... İlahi bizim gənclərimiz nə qədər vətən sevdalıymışlar ki, canını heçə sayıb, o qayaları dırnaqları ilə parçalaya-parçalaya, barmaqları ilə qaza-qaza gəlib  şəhərə çıxmışdılar. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Bütün qazilərimizə ömrümüzün sonuna qədər təşəkkür borcum var! Allah Azərbaycan dövlətini, bayrağını  və Azərbaycan ordusunu xalqımızın başı üzərindən əskik eləməsin!

 


 
- Səriyyə xanım,  Qarabağa səfər edən jurnalistlərimizin bir çoxu səfər təəssüratlarını qələmə alıblar.. Siz necə, bununla bağlınəsə yazmısınız?


-Doğrusu, yazmaq istəmədim. Çünki elə bilirəm Hikmət və Nazim Sabiroğullarından sonra Şuşa haqqında kimsə nəsə yazarsa yazsın o qardaşların yazdıqlarının yanında zəif qalacaq... Mən özümü saxlayıram Xocal səfərinə...


- Sosial şəbəkə də kiçik bir yazınızı gördüm...


- Ona yazı demə , ona arzu de...(gülümsəyir)


- O arzunuzu bizim  qəzetimiz üçün xatırlayarsınızmı? 


 - Əlbəttə: "Şuşa bəxtəvər xoşbəxt günlərimizin şəhəri... “Mən gəldim, bəs sən hardasan? Xatirələrimdə qalan şəhərim hardasan? Min bir rəngə çalan çiçəklərə bürünən çıdır düzüm hardasan? Yanıb, qaralmış otlara bürünən torpağı cadar-cadar olmuş Cıdır düzüm bu halını görəndə içim qan ağladı. Xəyallarımda qalan şəhərim sən olmasan da, bax, bu qayalardan dırmaşaraq, dişiylə - dırnağı ilə səni azad edən igid oğulların ruhu burdaydı. Ordakı daşlar da güllələrdən dəlik - ,deşik olmuşdu. O, daşın o, torpağın uğrunda neçə oğullarımız getdi.18 ,19 yaşlı balalar qəhər məni boğdu, dilim dodağım əsdi.. Tarix yazan oğullar məkanınız cənnət olsun! Sən demə, cıdır düzündən boylananda ordan Xocalı bap-balaca görünürmüş. Dağdan ağır dərdi olan Xocalıya hey boylandım, nə əlim çatdı, nə də ünüm yetdi, Əlimi hey uzatsamda çata bilmədiyim Xocalı səni görməyə necə, ömrüm çatacağmı?”

 

 - Səriyyə xanım biz də arzu edirik, lap yaxın günlərin birində bizimlə Xocalı səfərindən olan təəssüratlarınızı bölüşəsiniz! Maraqlı müsahibəyə görə də çox sağ olun!

 Əntiqə Rəşid 


 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-26
2021-10-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 26 23 21 19 16 14 12 09 07 05

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK