adalet.az header logo
  • Bakı 7°C
17 Sentyabr 2021 10:56
1555
ELM VƏ TƏHSİL
A- A+

ADU-nun Konfutsi İnstitutu “Neftçilər günü”nə həsr olunan mühazirə təşkil edib

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdindəki Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov yay lektoriyası çərçivəsində Azərbaycanda neftçilər gününə həsr olunmuş “Çində neft tarixi” mövzusunda mühazirə oxuyub.

ADU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a verilən məlumata görə, R. Abbasov neftçıxarma sahəsində Azərbaycan-Çin əməkdaşlığının inkişafının əsas mərhələləri haqqında məlumat verib. O, Prezident İlham Əliyevin Çinin neft şirkətlərinin rəhbərləri ilə görüşlərini və dövlət başçısının Pekində keçirilən biznes forumda neft sektorunda iki ölkə arasında əməkdaşlığın perspektivləri barədə çıxışını xatırladıb. R.Abbasov həmçinin Çinin kəşfiyyat qazmada iştirakı, Azərbaycanda onşor yataqlarının bərpası, onların kəşfiyyatı və işlənməsi, neft məhsullarının ticarəti və onun daşınması sahəsində Azərbaycan-Çin əməkdaşlığının mövcud vəziyyəti, perspektivləri haqqında söhbət açıb. R. Abbasov onu da qeyd edib ki, hətta Xan sülaləsi dövrünün ədəbiyyatında neft bəhs edilir, arabanın oxlarını yağlamaq, işıqlandırmaq və qızdırmaq, yanan döyüş sursatı və tuş istehsalı üçün istifadə olunurdu. Cənubi Sun sülaləsi dövründə, neftən bərk parafin çıxarmağa başladılar, şamlar hazırladılar və əczaçılıqda da istifadə edildi. Asfalt da Böyük Çin səddinin inşasında istifadə olunurdu. Neft çəkisi ilə bambuk borularla və ya dəri torbalarda nəql olunurdu. Çində ilk neft quyusu IV əsrin əvvəllərində zərbə-kanat usulu ilə qazılmışdır.

Sonra Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş və Arzu Əliyevanın baş prodüseri olduğu “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi nümayiş olunub.