adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
19 Sentyabr 2021 12:27
1240
SAĞLAMLIQ
A- A+

Pandemiya səbəbindən digər xəstəliklərə qarşı peyvəndləmə azalıb

Koronavirus pandemiyası ilə əlaqədar bütün dünyada, o cümlədən də Azərbaycanda digər xəstəliklərə qarşı peyvəndləmə, immunizasiya azalıb.

Bunu Trend-ə açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssisi Erkin Rəhimov deyib.

O bildirib ki, bu, hazırda qlobal bir problemdir: "İndi bütün ölkələr çalışır ki, insanları müxtəlif maarifləndirmə yolları ilə rutin peyvəndlərin vaxtında vurulmasına yönləndirsinlər. Ölkəmizdə də vəziyyət eynidir. Digər xəstəliklərə qarşı peyvəndləmə azalıb. Bunun özü də təhlükə ərz edir. Ona görə biz də insanlara izah etməliyik ki, vurdurmadıqları peyvəndlər varsa, vaxtında gedib vurdursunlar".