adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
21 Sentyabr 2021 12:53
1185
SAĞLAMLIQ
A- A+

Payız özü ilə hansı  xəstəlikləri gətirir? -  Depressiya, nevroz, asma, qastrit...


Ölkəmizə payız gəlir. Deməli, sabah, sentyabrın 22-si saat 23:21:00-da qızılı payız yurdumuza qədəm qoyacaq.
Bu zaman gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsərək şimal yarımkürəsindən cənub yarımkürəsinə keçir və həmin andan Şimal yarımkürəsində payız fəsli başlayır. Mövsüm dəyişikliyi zamanı, xüsusən payızda  insan orqnizmində immunitet zəifliyi yaranır. 
Adalet.az
 tibbi məlumatlara istinadən xəbər verir ki,  payiz girəndə bronxit, astma, qrip və soyuqdəymə kimi müxtəlif xəstəliklərin olması adi hal hesab olunur..
 Fəsil dəyişkənliyini insanlar çəkisindən, orqanizmin imunnitet səviyyəsindən asılı olaraq, müxtəlif cür keçirirlər. Bu, bəzi insanlarda özünü halsızlıq, yorğunluqla büruzə versə də, bəzilərində yuxusuzluq, iştahsızlıq, depressiya ilə müşahidə olunur.


 Qorunun!


 Dünyanın tibb ocaqları və tibbi media vasitələrinin bildirdiyinə  görə, havanın qəflətən çönməsi, nəmişlik, külək immunitet üçün ciddi sınağa çevrilir və xroniki xəstəlikləri aktivləşdirir. 


- Ürək-damar sistemi xəstəlikləri


Bu xəstəliklərin bir çoxu payızda kəskinləşir. Arterial təzyiqinizə fikir verin, düzgün qidalanın, güclü fiziki və emosional gərginliklərdən uzaq olun, tez-tez açıq havada gəzin.
Kardioloqun profilaktik müayinəsindən keçin. Lazım olduqda həkim müalicə kursu təyin edəcək.


- Nəfəsalma sistemi xəstəlikləri (xroniki bronxitlər, bronxial astma)


Hərarətin kəskin enməsi, yağışlı, rütubətli hava virus və soyuqdəymə xəstəliklərin inkişafına əlavə təkan verir. Bu xəstəliklər zamanı isə ilk növbədə bronxlar zədələnir. Xəstəliyin ilk simptomlarında həkimə müraciət edin. Müalicədən əlavə insan çoxlu ilıq maye içməlidir ki, bu bronxlardan bəlğəmin çıxmasını asanlaşdırır. İlıq süd, yarıbayarı borjomla qarışdırılmış süd, biyan kökü və gülxətmi kimi otların dəmləmələri, soğan şirəsi çox yaxşı təbii bəlğəmgətirici vasitələrdir.


- Həzm sistemi xəstəlikləri (xroniki qastrit, xora xəstəliyi)

 


Bu xəstəlikləri olan insanların bir çoxusunu payızda qarının yuxarı hissəsində ağrılar, köp, qıcqırma, ürəkbulanması, qusma kimi simptomlar narahat etməyə başlayır. Mütləq qastroenteroloqa müraciət edin və lazım olan müalicə alın. Müalicədən əlavə pəhriz də çox önəmlidir. Qızarmış, yağlı, kəskin qıdalar, turşular, təzə çörək, hisə verilmiş məhsullar, qəhvə, qazlı sular və s. pəhrizdən çıxarılmalıdır. Qidanı az miqdarlarda və daha tez-tez (gün ərzində 4-5 dəfə) qəbul etməyə çalışın ki, bu mədəni artıq yükləmədən qoruyacaq.


Profilaktika məqsədi ilə dazı otu, kətan toxumları, tozağacı tumurcuqları dəmləmələri, çaytikanı yağı qəbul etmək olar.


- Artrit, artroz


Bu xəstəliklər də payızda tez-tez kəskinləşir. Xəstələrdə oynaqda ağrılar, oynağın şişməsi, oynaqda hərəkətliliyin azalması kimi simptomlar meydana çıxır. Həkimə müraciət edin və lazım olan müalicə kursu alın.
Profilaktika məqsədi ilə daha isti geyinmək, tamdəyərli qidalanmaq, C vitamini qəbul etmək lazımdır (bu vitamin qığırdaq toxumasının bərpasına kömək edir).


- Bəzi ginekoloji və uroloji xəstəliklər


Payız aylarında qadınlarda tez-tez xroniki sistit kəskinləşir. Xəstədə sidik ifrazı tezləşmiş və ağrılı olur. Lazım olduqda həkim xəstəyə iltihabəleyhinə və antibakterial preparatları təyin edir.
Sistitit profilaktikası üçün özünüzü soyuqlamadan qoruyun, intim gigiyena qaydalarına ciddi riayət edin, idmanla məşğul olun. Bundan əlavə daha çox maye için (adi təmiz su), duzlu və kəskin qidaları rasiondan çıxardın.


- Psixiki pozulmalar


Payız aylarında insanlar depressiyalara, nevrozlara çox meyilli olurlar. Bu vəziyyətlərin profilaktikası üçün daha çox açıq havada gəzmək, idman və bədən tərbiyyəsi ilə məşğul olmaq, tamdəyərli qidalanmaq, polivitamin kompleksləri və sakitləşdirici prepartaları (həkim təyin edir!) qəbul etmək lazımdır.


Payızda bəzi xroniki dəri (psoriaz və s.), onurğa sütunu (osteoxondroz) və bəzi digər xəstəlikləri də kəskinləşir.
Bu halların profilaktikası üçün daha çox açıq havada gəzmək, idman və bədən tərbiyəsi ilə məşğul olmaq, tamdəyərli qidalanmaq lazımdır.


 Əntiqə Rəşid