adalet.az header logo
  • Bakı 7°C
22 Sentyabr 2021 12:27
1482
SİYASƏT
A- A+

Əziz Əlibəyli: "Azərbaycana qarşı sanksiyalara hazırlıq var"

Azərbaycana qarşı müəyyən sanksiyalara hazırlıqlar var. Bunu Adalet.az-a beynəlxalq məsələlər üzrə siyasi şərhçi Əziz Əlibəyli bildirib. Onun sözlərinə görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ səfəri zamanı müəyyən məsələlər barəsində öz ismarıcını çatdırıb.

“Ərdoğan bundan sonrakı siyasətin mesajlarını BMT-dən verdi: 
- Krım Ukraynadır;
- Azərbaycan torpaqlarını azad edib;
- Uyğurlara Çin zülmü;

Deməli, Rusiya üçün Krım domokl qılıncıdır və Ərdoğan hər addımda, ehtiyac yaranan kimi bu kartı daim oynayacaq. Azərbaycana qarşı müəyyən sanksiyalara hazırlıqlar var, ona işarədir ki, bura bizim maraq dairəmizdir və təsirsiz sanksiyalarla prosesi dayandıra bilməzsiniz, əksinə hazırkı şərait yeni imkanlar yaradır, o cümlədən kommunikasiyalar, pandemiyadan sonra iqtisadi əlaqələr üçün unikal şanslar və bərpa. Çinə gəldikdə, Türkiyə artıq TDB türk dünyasına açılıma başlayır, Orta Asiya, Zəngəzur dəhlizi, uyğular. Bundan sonra onsuz da dünyanın gündəmi - ABŞ və Britaniya daxil Çin olacaq, belə başa düşülür ki, Çinə qarşı Türkiyə Biden ilə razılaşıb və bu prosesdə Türk dünyası lazımi qədər qazanclı çıxacaq gücdədir.”

Emin