adalet.az header logo
  • Bakı 19°C
24 Sentyabr 2021 13:48
1595
GÜNDƏM
A- A+

 Erməniləri  vəlvələyə salan "dəhşət": İrəvana  enən Türkiyə təyyarəsi


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfəri çərçivəsində türkiyəli jurnalistlərə müsahibəsində deyib ki, bizim beşlik və ya altılıq platforması adlandırdığımız əməkdaşlıq variantı var idi: “Hazırda bununla bağlı Ermənistanın Baş naziri Nikol Paşinyandan müsbət mesajlar alırıq. Bu müsbət mesajlarla bərabər bu məsələdə bəzi addımlar da atacağıq”. Həmin bu açıqlamadan sonra Ermənistan dəyib bir-birinə..

Ötən gün erməni mətbuatı  saat 17:00 radələrində İrəvan hava limanına eniş edən Türkiyəyə aid şəxsi təyyarə ilə bağlı yeni detallar ortaya çıxarıb.
Adalet.az xəbər verir ki, hazırda ondan çox erməni media qurumundan olan müxbirlər Ermənistanın Mülki Aviasiya Komitəsinin qarşısındadır.
“Artıq uzun müddətdir ki, bizim rəsmi sorğumuza cavab verən tapılmır. Bizi maraqlandıran əsas sual budur: O təyyarə kimə məxsusdur? Bu sualımıza cavab tapsaq, artıq sonrakı mərhələdə o insanın Ermənistana gəlmə səbəbini araşdırmağa çalışacağıq. Hazırda bizdə olan məlumata əsasən, təyyarə Ankaradan qalxıb və birbaşa İrəvan hava limanına gəlib. Təyyarənin göyərtəsində Türkiyənin nüfuzlu şəxslərindən biri olduğu bildirilir. Onun Ermənistana Paşinyanla Zəngəzur dəhlizinin açılışı ilə bağlı bəzi məsələlərdə olan problemlərin müzakirəsi üçün gəldiyi bildirilir”, - deyə erməni jurnalistlər qeyd edib.

 

Bütün olanlardan təsirlənən İrəvan rəsmiləri hazırda açıqlama verməmək üçün israrlıdır və  jurnalistlərdən qaçırlar. Qaçmağın da bir şeyə yaramadığını görən Ermənistanın Respublikaçılar Partiyası sədrinin müavini Armen Aşotyanın nəhayət dili açılıb. Deyib ki,  Əliyev Azərbaycanın Qoşulmama Hərəkatının sədri olması faktından ağıllı şəkildə istifadə etdi.
O, İlham Əliyevin BMT Baş Assambleyasında çıxışı zamanı hər kəsə, o cümlədən İran və Rusiyaya mesaj göndərdiyini də kədərlə qeyd edib:
“O, Rusiya və İrana da başa saldı ki, Azərbaycan Cənubi Qafqazdakı situasiyanı dəyişir və hər kəs bununla barışmalıdır”.

Bəli, artıq "ilişdiyinizin" fərqindəsiniz!


 Yazımı adət etməyə başladığım bir lətifə ilə bitirmək istəyirəm. Bir meşədə bir dovşan olur. Elə yerdə yuva qurur ki, orda ancaq ayı, canavar, pələng, şir, fil kimi nəhəng və qorxunc heyvanlar yaşayır və o ərazidə dovşandan başqa zəif heyvan ürək  edib yaşamırmış. Dovşan baxır ki,  zəif olduğuna görə heç bir vəhşi heyvan ona toxunmur, dəyib- dolaşmır, Hətta bəzən qayğısına da qalırlar. Dovşan o qədər qudurur ki,  artıq düşünməyə başlayır ki, pələng də, ayı da canavar da bundan qorxur, çəkinir.

Günlərin bir günü  başını yuvasından çıxarıb "ultumatım" verir:"Mən yatıram, buralarda səs eləməyin", 
 Təbii ki, heyvanlar elə bilir ki, dovşan bunlarla zarafat edir deyə, onun sözlərinə gülüşlə cavab verirlər. Aradan bir neçə gün keçir, dovşan çıxır meşənin ortasına  deyir ki, kimin hünəri var gəlsin söhbət eliyək.. Heyvanlar bu dəfə təəcüblə dovşana baxırlar ki, bunun başı xarab olub? Nə danışır.. Yenə buna fikir vermirlər.
 Aradan yenə 1-2 keçir dovşan yenə qızışıb başlayır meşənin ortasında meydan sulamağa:  Hünəriniz var mənə güldən ağır söz deyin, xətrimə dəyin, evimin həndəvərindən fırlanın.. Hünəriniz varsa, edin, görün mən neyniyərəm... Heç bilirsiniz mən neyniyərəm, hardan biləsiniz. Axı mənə yaxınlaşmağa sizdə hünər nə gəzir?

 


 Day canavar dözmür, gəlir buna bir dürtmə vurur ki, sus dəəə... Dovşan daha ucadan bağırmağa başlayır, söyür, sulayır : "Sizdə hünər nə gəzir, siz də güc nə gəzir...Siz axı, nə karəsiniz ki mənə toxunasınız?" Heyvanlar səsə əsəbləşir, yığışırlar bunun ətrafına, bilmək istiyirlər ki, görək bu dovşan niyə qızışıb. Görürlər eləcə çığırır. Ayı dözmür bunun ağzının üstünə pəncəsi ilə bir şapalaq ilişdirir... Dovşanın dodağı partlayır., ğzı qanla dolur, tökülür çənəsinə, sinəsinə...
Ayı dübarə soruşur:- Ə, demədin e, sənə toxunsaydıq, sən nəsə eləyəcəyindən danışırdın? Nə idi o? Nədən danışırdın?
Dovşan sakitcə cibindən dəsmal çıxarır, ağzına dolmuş çənəsindən yaxasına axmış qanı silib deyir:" Heç nə elə bunu deyirdim... Qanımı silib təmizliyib girəcəm yuvama.."
İndi bu ermənilər, ağızlarının qapazını alandan sonra təxminən elə dovşan kimi yuvalarına girəcəklər.. Əminəm, artıq yuvalarının yolunu tutublar...


 Bunu Ərdogan da sübut edir,  Əliyev də,  Arif Alvi da, İsaak Herzoq da  ! 

  Əntiqə Rəşid