adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
18 Oktyabr 2021 16:21
813
DÜNYA
A- A+

ABŞ-ın sabiq müdafiə naziri koronavirusdan vəfat edib

ABŞ-ın sabiq müdafiə naziri Kolin Pauell vəfat edib.

Adalet.az-ın məlumatına görə, 84 yaşlı sabiq nazir koronavirusa yoluxduqdan sonra həyatını itirib.

Qeyd edək ki, K.Pauell 2001-2005-ci illərdə ABŞ-ın müdafiə naziri olub. ABŞ-ın Əfqanıstana və İraqa müdaxiləsi məhz onun nazir olduğu müddətdə baş verib.

O, həmçinin, ABŞ-ın ilk qaradərili müdafiə naziridir.