adalet.az header logo
  • Bakı 7°C
20 Oktyabr 2021 16:38
1688
ŞOU-BİZNES
A- A+

Xərçəngdən əziyyət çəkən, xəstəliyinə görə nişanlısından ayrılan aktyordan YENİ XƏBƏR VAR

Türkiyədə çəkilən “Arka Sokaklar” serialında oynadığı rolla məşhurlaşan, hazırda xərçəng xəstəliyi ilə mübarizə aparan aktyor Boğaç Aksoydan yeni xəbər var.

Əvvəlcə qeyd edək ki, O, xəstəliyə düşməmişdən əvvəl hüquq məsləhətçisi Tutku Çolakla adlı  xanımla nişanlanmış, sonra xəstəliyi səbəbilə ondan ayrılmışdı. 

 31 yaşlı aktyor bu yay anası ilə olan fotosunu İnstaqram hesabında paylaşaraq səhhətinin yaxşılaşdığını yazmışdı:

"Məni sağaltdın, ana. Sən olmasan bacarmazdım. Çətin günlərin geridə qalmasına az qalıb"

 Daha sonra o, İnstaqram hesabında səhhəti ilə bağlı açıqlama yayıb:

"Mübarizəmiz hələ bitməyib, ancaq az qaldı. Allahın izni ilə məğlub edən tərəf olacağıq. Kim olursan ol, həyatda düşə bilərsən, amma qalxıb yoluna davam etməyi bilməlisən. Bu dövr mənim üçün belə oldu. Özümdəki gücü yenidən kəşf etdim. Yeni bir səhifə açıb həyatı, işimi və sevdiklərimi qucaqlayacağam.

Sizin sayənizdə motivasiyam həmişə yüksək oldu. Şükürlər olsun ki, müalicəm də nəticə verdi. Hazırda məndən xoşbəxt insan yoxdur".

 

Sevindirici xəbər

 

Adalet.az xəbər verir ki, B.Aksoy yenidən səhnəyə qayıdır. O, rejissor Volkan Karataşın çəkilişləri 2022-ci ilin qış aylarında başlayacaq filmi ilə yenidən fəaliyyətə başlayacaq.

Məşhur aktyorun filmdə baş rolu ifa edəcəyi bildirilir.

Hazırda Boğaç Aksoyun müalicəsinin davam etdiyi vurğulanır.

Əntiqə Rəşid