SON DƏQİQƏ:

Qatil tələbə universitetdən çıxarılacaqmı? - FOTO

  1201   |  
Şriftin ölçüsü  

Oktyabrın 13-də Bakıda altı nəfərin ölümü, 20-dən çox şəxsin yaralanması ilə nəticələnən ağır yol qəzasını törədən Əzizov Mahmud Babagözəl oğlu Bakı Mühəndislik Universitetinin tələbəsi olub. 

 Adalet.az-ın məlumatına görə, Bakı Mühəndislik Universitetindən  bildirilib ki, M.Əzizov universitetdən xaric olunub-olunmaması ilə bağlı məsələ hələ ki müzakirə edilmir:

 “Məlum hadisəni törədən Əzizov Mahmud Babagözəl oğlu barəsində istintaq davam edir. Məhkəmə yekun qərar verdikdən sonra Universitetə rəsmi şəkildə məlumat göndəriləcək. Artıq bundan sonra tələbənin universitetdən xaric olunub-olunmaması ilə bağlı hər hansı bir qərar verilə bilər. Hələlik bu istiqamətdə heç bir qərar qəbul edilməyib”.

 Qeyd edək ki, 13 oktyabr 2021-ci il tarixində saat 06:40 radələrində Əzizov Mahmud Babagözəl oğlu idarə etdiyi “Mercedes-Benz” markalı, 99-DH-343 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Aeroport şosesinin Suraxanı rayonu ərazisindən keçən hissəsində hərəkətdə olarkən qarşıda gedən Abdullayev Tahir Ruhulla oğlunun idarə etdiyi “Daewoo” markalı, 10-TH-116 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb, nəticədə avtobus səkidə və yol kənarında dayanan adamların üzərinə aşıb.

 Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

 Qəzaya yük avtomobilinin sürücüsünün sükan arxasında yuxulamasının səbəb olduğu bildirilib. Yük avtomobilinin sürücüsü Əzizov Mahmud Babagözəl oğlu həbs edilib.

AYXAN

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-12-01

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 27 20 13 06 04 02
October: 30 28 26 23

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK