adalet.az header logo
  • Bakı 11°C
26 Oktyabr 2021 12:07
1449
SİYASƏT
A- A+

Ədalət Muradov Cahit Bağçı ilə görüşdü - FOTO

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı UNEC-də olub.

Adalet.az xəbər verir ki, UNEC rektoru professor Ədalət Muradovla görüşdə UNEC ilə Türkiyə universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub. Rektor səfirə UNEC-in müəllim və tələbələrinin Türkiyənin aparıcı universitetlərində təcrübə və mübadilə proqramlarında iştirak etdiyini, bu əlaqələrin daha da genişləndirilməsində maraqlı olduğunu bildirib. Görüşdə Türk Dünyası İqtisad Fakültəsinin Türkiyə ali təhsil sisteminə tam inteqrasiya edilməsi, türk dilində nəşr edilən yeni dərsliklərlə TUDİFAK-ın təmin edilməsi barədə də fikir mübadiləsi aparılıb.

UNEC-in əldə etdiyi uğurlardan məmnunluğunu bildirən səfir Cahit Bağçı qardaş ölkə universitetlərinin əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdiriləcəyindən əminliyini ifadə edib.