adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
26 Oktyabr 2021 13:30
847
İDMAN
A- A+

Maradonanın xatirəsinə futbol matçı keçiriləcək

Dieqo Maradonanın xatirəsinə həsr olunan görüş təşkil ediləcək.

Adalet.az-ın məlumatına görə, qarşılaşma dekabrın 14-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutacaq. Oyunun iştirakçıları əfsanəvi futbolçunun vaxtilə formasını daşıdığı klublar – “Boka Xuniors” və “Barselona” olacaq.

 Xatırladaq ki, Maradona Buenos Ayres klubunda 1981-82, 1995-97-ci, Kataloniya təmsilçisində isə 1982-84-cü illərdə top qovub.