SON DƏQİQƏ:

Azad yurdum

  345   |  
Şriftin ölçüsü  

Bir qrup rayon sakini ilə möhtərəm Prezidentlə Zəngilanın işğaldan azad edilməsinin birilliyinə həsr edilən görüşə gedirdik...

“İşğaldan azad olunmuş ərazilərə daxil olursunuz” lövhəsi ilə bizi qarşılayır Qarabağ və Şərqi Zəngəzur torpaqları... 

“Zəfər yolu” ilə irəliləyirik...

Bütün yollar Vətən yoludur...

Ətraf mənzərələr erməni vəhşiliyinin, vandallığının qanlı nümunələrini, dağıntılarını, fəlakətlərini aydın göstərir...

Həm də quruculuğun - tək Azərbaycanın yox, Qafqazın ən böyük tikinti meydanına çevrilən bu ərazilərdəki dirçəlişin qürurverici mənzərələrini fəxrlə seyr edirik...

Artıq Zəngilandayıq...

28 il əvvəl tərk etməyə məcbur olduğumuz, 27 il nisgilini qəlbimizdə ən böyük dərd, ələmi kimi saxladığımız, 1 il öncə isə müzəffər Ali Baş Komandanın “Dəmir Yumruğ”unun qətiyyəti sayəsində BİZİM olan Zəngilanımızdayıq...

Keçirdiyim, keçirdiyimiz duyğuları ifadə etməyə sözmü var?!..

Ağrı ilə sevinc, kədərlə qürur, dağıntıların qüssəsi ilə qayıdışın qüruru - eyni anda, eyni məqamda iki təzadı yaşayırıq...

Məlum oldu ki, artıq dövlətimizin başçısı və birinci xanım da Zəngilana daxil olublar. Rayon ictimaiyyəti ilə görüşdən öncə onlar Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olublar. Sonra  Zəngilanın yeni möhtəşəm ünvanlarından biri olacaq Beynəlxalq Hava Limanının tikintisinə baxıblar. Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonunda yerləşən hərbi hissə kompleksində yaradılan şəraitlə maraqlanıblar. “Azərişıq” ASC-nin Zəngilan Rəqəmsal Yarımstansiyasının təməlqoyma mərasimində və “Azərenerji” ASC-nin “Zəngilan” yarımstansiyasının açılışında iştirak ediblər.

Prezidentin tarixi fərmanı ilə Şərqi Zəngəzur iqtisadi rayonu yaradılıb. Zəngilan da bu iqtisadi rayonun bir hissəsi kimi özünün yeni dövrünə, əmin-amanlıq, quruculuq həyatına başlayır.

Bu torpaqlar başdan-başa bolluqdur, bərəkətdir. Zəngin təbii sərvətlər qaynağıdır. Nadir flora və fauna incilərinin münbit məkanıdır. Zəngilanın gur çaylarını, şəfalı bulaqlarını, dünyada ikinci, Avropada birinci olan təbii çinar meşələrini və başqa təbii gözəlliklərini saydıqca bitən deyil.

Ötən ilə qədər biz bura - dədə-baba torpağımıza ayaq basa bilmirdik. Əvvəlcə Horadizdən, sonra Cocuq Mərcanlıdan qərib yurdlarımıza həsrətlə boylanırdıq. Buraların bir udum havasını duymaq istəyirdik. Doğma ocaq yerlərimiz bizim üçün xəyala çevrilmişdi. Bu torpaqlarla bağlı xatirələrimizdən təsəlli tapıb bir gün yenidən buralara dönmək ümidi ilə yaşayırdıq.

İndi isə o xəyallardan Qarabağdakı, Zəngilandakı reallığa gəlmişik. Biz qayıtmışıq. Yenidən əcdadlarımızın uyuduğu torpaqlardayıq.

Məhz Prezident İlham Əliyevin sayəsində!

Çoxumuz illər əvvəl əhd eləmişdik ki, təki torpaqlarımız azad olunsun, heç yol-iriz də istəmərik. Eləcə yaddaşımızdakı izləri tutub, qərib yurdların doğma iyini alıb, piyada gələrik! Ayağımızla, hətta maşınımızla gələ bilmədiyimiz bu yerlərə indi müasir hava limanına eniş edən təyyarələrlə gələ bilirik. Bu əzmə, bu dəyanətə görə də bütün el-oba cənab Prezidentə minnətdardır!

Qarabağda, Zəngilanda indi gördüklərimiz düşündüklərimizi çox geridə qoydu!

***

Və nəhayət,  möhtərəm Prezidentimiz və hörmətli Mehriban xanım təşrif gətirirlər...

Özləri ilə böyük səmimiyyət, bəsirət, ülviyyət də gətirirlər...

Bu torpaqlara azadlıq, zəfər bəxş edən qüdrətli Lider indi də bizə misilsiz sevinc bəxş edir...

Əl verib hər kəslə tək-tək görüşür...

Şəhid atasının boynun qucaqlayır, kövrəlir...

Hələ Mehriban xanım...

Bütün anaları bağrına basır...

Azərbaycan qadınının bütün nəcibliyi, alicənablığı, müqəddəsliyi məhz Mehriban xanımın simasında, əməlində, şəxsiyyətində təcəssüm edib...

Və bu görüş timsalında biz bunları bir daha aydın görürük...

Ayağımız yurd torpağındadır deyə, çox duyğulu, çox həyəcanlıyıq. Hamı əziz xilaskarımıza minnətdarlığını, sevgisini bildirmək istəyir...

Tələsirik, ürəyimiz sevgili sözlərlə doludur...

Söz çoxdur, ancaq vaxt yoxdur...

Uzun illərdir parlamentdə təmsil etdiyim həmvətənlərim adından söz alıram. “Qədim-qayım Zəngəzurun dilbər guşələrindən olan Zəngilanımıza xoş gəlmisiniz” deyirəm...

“Düzdür, bizi bu qərib yurdlara siz gətirmisiniz. İndi biz də ev yiyəsi kimi ürəklə Sizə “rayonumuza xoş gəlmisiniz!” deyə bilərik. Bu günümüzə şükürlər olsun!” - sözlərimə hamı qoşulur.

 Xilaskarımız isə TƏVAZÖKARLIQLA gülümsəyir..

Hamımız çox həyəcanlıyıq. Sevincimiz yerə-göyə sığmır.

O gün böyük Heydər Əliyevin böyük ruhu

da şad idi. Zəngilan camaatı Ulu Öndərin xilaskarlığını həmişə minnətdarlıq duyğusu ilə xatırlayır və xatırlayacaq. Əgər 1993-cü ildə o Böyük Tarixi şəxsiyyət olmasaydı, hər yerdən yolu bağlanmış və özünü Araza qərq edən zəngilanlıların da aqibəti Xocalı sakinlərinin faciəli taleyi kimi olacaqdı.

“Heydər Əliyev zəngilanlıların xilaskarı oldu. Siz isə cənab Prezident, Zəngilanın xilaskarı oldunuz!” - minnətdarlıq duyğuları ilə qəlbimdən süzülən bu sözlər, əslində, bütün elimizin təşəkkürü, şükranlıq duası idi...

***

Zəngilan işğal olunanda anasının kürəyindəki şəlləkdə doğma yurdlardan çıxan körpələrin indi 30 yaşı var. Onları vətənpərvər, məsuliyyətli gənc nəsil kimi Prezidentin vətənpərvərlik siyasəti yetişdirdi, formalaşdırdı.

Onların hər biri Azərbaycanın igid əsgəri, zabiti kimi böyüdü. Bu hərbçilər qüdrətli Sərkərdəmizin əmrilə haqq-ədalət uğrunda vuruşub torpaqlarımızı azad etdilər, ölüm-dirim savaşına atıldılar və qalib gəldilər!

Bəli, Suqovuşandan Şuşayadək zəfər yürüşündə məhz İLHAM ƏLİYEV mübarək adı əsgərlərimizi coşdurdu, qələbəyə köklədi!

Azərbaycan Ordusu dağlarda, bu yüksəkliklərdə üç rəngli bayrağımızı ucaltdı. Kəndlərimiz, qəsəbələrimiz, şəhərlərimiz bir-birinin ardınca azad edildi. Ruhumuzun şəhəri,  mədəniyyət paytaxtımız Şuşamıza zəfər bayrağı sancıldı.

Qəhrəman şəhid oğullarımızın ruhu qarşısında baş əyirik. Ruhları şad olsun!

İlham Əliyev Azərbaycan tarixində çox möcüzələr yaradıb. Çox əlçatmaz arzuları reallığa çevirib. Torpaqlarımızın azadlığı bunların ən misilsizidir.

İndiyədək dünya Azərbaycanın iqtisadi modelini, milli inkişaf modelini, dövlət quruculuğu modelini öyrənir və əxz edir. İndi isə dünyanın ən güclü hərbi mərkəzləri, xarici dövlətlər İlham Əliyevin hərbi modelini öyrənir.

Prezident möhtəşəm bir tarix yazdı - Zəfər tariximizi.

Müzəffər Ali Baş Komandan, eyni zamanda, Azərbaycan dövlətini, Azərbaycan xalqını müzəffər edən Şəxsiyyət kimi Tarixi Möcüzə yaratdı.

21-ci əsrin görünməmiş möhtəşəm qələbəsini və möcüzəsini!

Indi Dövlət-millət-ordu genetik formulu yaranıb və möhkəm təməllər üstündə qurulub.

Millətləşmə, dövlətləşmə hissləri güclənib. Misli görünməyən yekdillik formalaşıb.

Bütün bunları yaradan isə əlbəttə ki, Xilaskarımızdır!..

***

Təlatümlü dünyamızın bu vaxtında, müxtəlif siyasi maraqların toqquşduğu zamanda İlham Əliyevin uzaqgörən, cəsarətli siyasəti, mahir diplomatiyası ilə nə qədər çətin bir missiyanı yerinə yetirdiyini hər kəs bilir, görür.

O günlərin həyəcanlı, intizarlı, bir o qədər də sevincli-fərəhli anları həmişə bizimlədir.

İndi adam fikirləşir ki, bu tarixi, şərəfli missiyanızı həyata keçirəndə Prezident neçə 44 min həyəcanlı, narahat anlar yaşayıb.

Qətiyyətli Sərkərdə kimi Ordumuzun Azadlıq mücadiləsinə rəhbərlik etməklə yanaşı, informasiya müharibəsində də fədakarcasına döyüşüb. Azərbaycanın haqq səsini müxtəlif kommunikasiya kanalları vasitəsilə dünyaya çatdırıb. Erməniləri və havadarlarını informasiya savaşında da məğlub edib.

Keçirdiyi diplomatik görüşlər, telefon danışıqları, bildiyimiz və  bilmədiyimiz, təsəvvür etmədiyimiz təzyiqlərin dəf edilməsi, bütün bunları sinxron, paralel şəkildə və necə ustalıqla yerinə yetirməyi - Onun Liderlik əzmindən irəli gəlir.

Bunların hamısının öhdəsindən ləyaqətlə, əsl qəhrəman kimi gəldi!

Camaatımız  “Kişi oğlu kişi!” deməkdə çox haqlıdır!

Bütün bunların hamısı Zəfər tariximizin qızıl səhifələridir!

İlham Əliyev bütün çətinliklərə baxmayaraq bunu bacardı. Qələbə tariximizi yazdı. Adını bu tarixə əbədi yazdı. Milli qürurumuzu özümüzə qaytardı.

Bu qürurun, bu tarixin müəllifi, bu Qələbənin Sərkərdəsi Odur...

Həyat göstərdi ki, nəyi, necə, nə vaxt etdiyini O, daha dəqiq bilir. O baxımdan hələ indi də deməyəcəkləri var...

Amma biz bilirik ki, O, sabahımız üçün də, elə Qərbi Zəngəzurumuz üçün də nəyi necə edəcəyinizi indidən dəqiq bilir...

Və elə edir də...

Müstəqil Azərbaycanımızın müzəffər Ali Baş Komandanı!

Qarabağın, Şərqi Zəngəzurun tarixi xilaskarı!

***

Coğrafiya bir taledir. Nə etməli, bizim də taleyimizə belə bir qonşuluq qisməti yazılıb. Dünyanın koronavirus pandemiyası ilə mübarizə apardığı zamanda ondan da betər virusa, xəstəliyə, saxta tarix xəstəliyinə, faşizm mərəzinə yoluxmuş məxluqlarla döyüşmək də bizim taleyimiz imiş.

Amma bilirik ki, bu nadanlar Afrika cəngəlliklərində, yaxud Avstraliya ucqarlarında yaşasaydılar belə, yenə mənfur vərdişlərindən, iddialarından əl çəkməzdilər. Oraları da məkrli savaş meydanına çevirərdilər.

Bax, onda onlar da görərdilər ki, bu erməni xəstəliyi necə bir bəladır.

Həyat göstərdi ki, sən demə, bu məxluqların əlacı və ilacı İlham Əliyevin “Dəmir Yumruğ”unda imiş.

Möhtəşəm, əzəmətli “Dəmir Yumruq”la erməni faşizminin başı əzildi, region bu bəladan xilas edildi.

İstəksiz, könülsüz, dişsiz ATƏT-in illərdir uzatdığı məsələ cəmi 44 gün içində yoluna qoyuldu. BMT-nin 30 ilə yaxın havada qalmış 4 qətnaməsinin  icrasına 44 gün içində nail olundu.

Cənab Prezident bölgədə yeni bir tarixi reallıq yaratdı. Azərbaycanın dəmir qollarını Qarabağa, Zəngəzura və buradan da  bütün dünyaya açdı. Biz zəngəzurlular indiyə qədər bu dəmir yollarının nostalgiyası ilə yaşayırdıq. Buralardan keçən qatarlar o dövrün ən işlək sərnişin və yükdaşıma vasitəsi idi.

Xatırlamasam günah olar.  Bakı-Noraşen, Bakı-Qafan, Bakı-İrəvan, Bakı-Mincivan... Kimin yadından çıxar?!

Bu qatarlar arzularımızın qatarı idi.

Qurucu Prezident kimi bu dəmir qolları doğma yurdlarımıza açır, Azərbaycanın polad qollarını, əyilməz, bükülməz qollarını dünyaya qovuşdurur...

Bir zamanlar hərəkət qrafiki bölgə sakinlərinin zaman-vaxt ölçüsü idi. Indi yeni salınacaq möhtəşəm dəmir yolları ilə gələn bu qatarlar Zəngəzura yeni zaman, yeni ritm və yeni ruh gətirəcək.

Azad etdiyiniz bu yurdları Prezidentimiz hörmətli Mehriban xanımla dəfələrlə qarış-qarış gəzir. Kəndləri, onların adlarını, qədim toponimləri əzbər bilən, mənasını izah edən, ən əsas üzə çıxardan və tarixi ədaləti bərpa edən milli lider kimi, təkcə bu yurdları yox, bu yurdların itirilən illərini də geri qaytarır Prezident...

Əminik ki, Prezidentimiz qoşa qanad kimi, çox hörmətli Mehriban xanımla azad yurdlarımızı tezliklə cənnət-məkana çevirəcək...

Azad edilmiş yurdlarımızda indi böyük bərpa-quruculuq işləri, “ağıllı kənd”, “ağıllı şəhər” layihələri tezliklə reallığa çevriləcək...

***

Yekunda bir deyəcəyim, yazacağım qaldı. Bu fikirlər mənim qəlbimdə çoxdan nisgil bağlamışdı...

Bunların bir qismini Xilaskarımıza - Prezidentimizə də bütün zəngilanlıların diləyi kimi çatdırdım...

Dinlədi, məmnunluqla, daha doğrusu, əminliklə gülümsədi...

Və qarşıya - uca dağlara baxdı...

İnamla baxdı...

Qalib Komandan kimi baxdı...

Millətini və dövlətini aydın sabaha düzgün yolla aparan Müdrik Şəxsiyyət kimi baxdı...

Bu baxışlarda nələr yoxdu, İlahi?!.

 

... Uşaq vaxtı tez-tez bu dağlara çıxardıq. Çiyin-çiyinə durmuş təpələrə çay daşları, çınqıllar daşıyıb iri hərflərlə sözlər, şüarlar yazardıq. Bu sözlərin tarix kimi qalmasını istərdik. İndi bu dəmir yolları boyunca, azad olunmuş bu torpaqların köksündə, İlham Əliyevin yaratdığı abadlıq-inkişaf mənzərələri ilə yeni bir tarix yazılır...

Bu yeni tarixin sözlərini, zamanın diktə elədiyi şüarlarını zəfər tarixinin şahidləri olan xoşbəxt gənclər əzəmətli qələbə bayrağının dalğalandığı bu yurdlarda müstəqil Azərbaycanın bütövləşmiş xəritəsini dağlara, təpələrə hörəcəklər:

Qarabağ Azərbaycandır!

Zəngəzur Azərbaycandır!

Bu yurdların xilaskarına eşq olsun!

Böyük qayıdışımız mübarək, cənab Prezident!

 

İmamverdi İSMAYILOV,

Milli Məclisin deputatı

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-12-04
2021-12-03

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
December: 04
November: 27 20 13 06 04 02
October: 30 28 26

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK