adalet.az header logo
  • Bakı 5°C
  • USD 1.7
30 Noyabr 2021 12:30
856
SİYASƏT
A- A+

 Linç  edilmiş  Mirzoyandan, yeraltı bunkerdə gizlənən Paşinyandan Rusiyaya növbəti xəyanət - Bunlara inanmaq olmaz!


Yadınızdadırsa, hələ Soçi görüşündən əvvəl, təxminən 24 noyabrda “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko özünün Teleqram kanalında yazmışdı ki, o, Paşinyana güvənməməyi tövsiyə edir: “Ermənistanın hazırkı hakimiyyəti haqqında bunları bilmək lazımdır.

Paşinyanın komandası və Nikol Vovayeviçin özü ABŞ-ın himayəsindədir.  Ermənistan prezidenti Armen Sarkisyan Britaniya agentidir. Onlar Rusiyaya nifrət edirlər, amma hələ ki, ondan imtina edə bilmirlər. Ancaq atacaqlar, uyğun vaxt gələn kimi mütləq atacaqlar”,


Adalet.az xəbər verir ki bu gün isə Korotçenko fikirlərini təsdiq edən bir xəbərlə Ermənistan hakimiyyəti ilə bağlı səhv olmadığını vurguladı: “Ermənistan ABŞ-ın “Demokratiya sammiti”ndə iştirak edəcək. Bu, o Ermənistandır ki, bir il əvvəl qəzəbli kütlə hökumət binasını ələ keçirmiş, dağıntılar törətmiş, küçədə ölkənin 3-cü şəxsini – həmin vaxt parlament spikeri olan Ararat Mirzoyanı linç etmişdi. Kütlə onu ayağının altına salaraq yarımcan etmişdi, o, möcüzə nəticəsində sağ qaldı – kəllə sümüyü bərk imiş, üzü isə qalın...”
Korotçenko bildirib ki, Ermənistanı sammitdə Baş nazir Paşinyan təmsil edəcək: “O Paşinyan ki, ötən il kütlənin onu Qəzzafi kimi parçalamaması üçün bir həftə Ermənistan Müdafiə Nazirliyinin yeraltı bunkerində gizlənmişdi.
Bax, “demokratiya” budur!”
Korotçenko həmçinin bildirib ki, Rusiya əleyhinə olan sammitdə Paşinyanın iştirakı gözlənilən idi.
Qeyd edək ki, Dünya mətbuatında artıq “Baydenin demokratiya sammiti” adlandırılan, Amerikanın təşkil etdiyi demokratiya məsələlərinə həsr olunmuş qlobal sammitin bu ilin 9-10 dekabr tarixlərində videokonfrans formatında keçiriləcəyi barədə məlumat yayılıb.. 90-a yaxın dövlətin lideri, vətəndaş cəmiyyətinin və özəl sektorun nümayəndələrinin iştirak edəcəyi iki günlük sammitin əsas mövzuları avtoritarizmlə mübarizə, korrupsiyanın qarşısının alınması, insan hüquqlarının qorunması olacaq.

 Rusiya Paşinyanın bu xəyanətini "dəyərləndirəcək", əminik.

 Əntiqə Rəşid