adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
03 Dekabr 2021 13:24
1293
GÜNDƏM
A- A+

Ermənilərin informasiya müharibəsi:  ”45 gün: Millət uğrunda mübarizə”  sənədli filmi "Oskar"-a namizəddir - Fotolar    


Atalarımız deyib ki, yalan ayaq tutar, yeriməz! Amma atalar bu misalı düzüb-qoşan vaxtı  yəqin ki. hələ mundarlığı, əxlaqsızlığı, həyasızlığı ilə dünyada bir nömrə olan ermənilər Qafqaza yerləşməmişdilər. Misal ermənilərin Qafqaza yerləşdiyi vaxtda yaranmış olsaydı, atalar ya bu misalı yaratmazdılar, ya da ki, bir az düzəliş edərdilər.Məsələn: Yalan erməni ağzından çıxırsa ayaq tutub yeriyər də, hələ marafonda birinci yerədə çıxar.


Öz bəzəkli-düzəkli, “məzlum”, “yazıq”, “fağır”  yalanları sayəsində Azərbaycanın qədim torpaqlarını “qədim erməni yurdu” deyə dünyaya tanıdaraq, Azərbaycanı və Türkiyəni dünya arenasında nifrətlə təbliğ edərək özlərinin “haqlı” olduğunu israrla beyinlərə  yeridə bilmişdilər. Belə olmasaydı, qoşma-qurama “erməni soyqırımı”nı 50 yaxın ölkədə tanıda bilməzdilər, belə olmasaydı məşhur Hollivud aktyoru Silvester Stallone qondarma erməni soyqırımından bəhs edən “Vəd” (“Promise”) filmini  çəkə bilməzdi, belə olmasaydı 30 il Azərbaycan torpaqlarını işğal edərək, orada “qondarma” 2-ci erməni dövləti qura bilməzdilər.

 

 


 Baxmayaraq ki,  dünya Qarabağın Azərbaycanın ərazisi olduğunu anladı və dəstəklədi,  Azərbaycanın qüdrətli Ordusu işğala son qoyub, erməni yalanlarını heçə-puça döndərdi...Amma yenə də erməni yalan maşını dayanmaq bilmir.
 Ordumuzun qabağından qaçan ermənilər  özlərinin “haqlı olduğunu” ortaya qoymaq üçün bütün yola baş vururlar. O yollardan biri də daha inandırıcı və yayğın olan bir sahədir: “Artsax müharibəsi’’ndən bəhs edən və ”45 gün: Millət uğrunda mübarizə” adlı  “sənədli filmi” Oskar mükafatına namizəd seçilib.

Bu barədə sənədli filmin britaniyalı rejissoru, Britaniya Kral Dəniz Piyadalarının keçmiş komandiri Emil Hessen Twitter mikrobloqunda yazıb. Qeyd edib ki, filmi “Ən yaxşı sənədli film” nominasiyasında Oskar mükafatına namizəddir. 2020-ci ildə Qarabağ müharibəsi zamanı “artsaxda” işləyib. Guya film “artsax” və Azərbaycan arasında son müharibə zamanı insan hekayələrindən bəhs edir”. 

 


Zənnimcə, həmişəki kimi  həmrəyliyinə və aktivliyinə həsəd apardığım erməni diaspor təşkilatları və lobbiləri bu mühüm sahədəə erməni yalanlarının dünyaya tirajlayan qurum olublar. Hətta ermənilər Qarabağla bağlı uydurma məlumatlardan ibarət ”Axırıncı sakin” adlı filmi Kann festivalında  nümayiş olunub. Məlumata görə film milyonlarla büdcə ilə 7 ölkə ilə müştərək çəkilmiş və seçilmişlər sıyahsına düşüb.


Azərbaycan kinomatoqrafları  Qarabağ haqqında çəkilən  filmlərinin içərisində  ermənilərin iç üzünü göstərən “Fəryad” filmindən daha üstün bir film hələ ki çəkib ortaya qoya bilməyiblər. “Fəryad” filmi isə təbii ki, nəinki, ABŞ, Avropa ölkələrində, heç keçmiş sovet respublikalarında da  göstərilməyib.

 


 P.S. ilk dəfə "informasiya müharibəsi" terminini, 1976-cı ildə amerikalı mütəxəssis Tomas Rona "Boeing" kompaniyası üçün hazırladığı "Silah sistemləri və informasiya müharibəsi" adlandırdığı hesabatında istifadə edib. Rona hesabatında sübut edib ki, son illərdə informasiya infrastrukturu ABŞ iqtisadiyyatının əsas komponentinə çevrilib.


Beləliklə, deyəsən, biz bu sahədə erməniyə uduzuruq!

Əntiqə Rəşid