adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
30 Yanvar 2015 13:52
51258
RUBRİKA
A- A+

"Facebook gündəliyi"

Facebook - dünyanın ən populyar qəzeti, saytı.

1 milyon azərbaycanlının fərdi təqdimat məkanı.

15 il öncə kim desəydi, hamının şəxsi qəzeti olacaq, inanılmaz açıqlama olardı, həmin adama gülüb keçərdik. Ağlımıza gəlməyənlər başımıza gəldi.

Bu dəfə xeyirlisindən oldu. Başımıza gələn hadisə ürəyimizdən xəbər verdi. Kimliyimizi, necəliyimizi göstərə bildik. Facebook göydən düşmə məkana çevrildi - daha çox da düşüncə adamları üçün. Bu üzdəAdalet.az saytının oxucularına intellektual Facebook istifadəçilərinin düşündürücü statuslarını təqdim etməyi qərara aldıq. Yəni onların yazdıqlarını göydən yerə düşürdük.

"Göy virtuallığın, yer reallığın təzahürüdü". Bu da olsun, təqdim edəcəyimiz statuslara nəzərən bir status.


                                                                           ***


Şərif Ağayar : "Məmməd Aslandan soruşuram, qızıl balıq sizdən bir arzu istəsə, hansını deyərdiniz? Deyir, Murovdan bir anlıq Kəlbəcərə baxım...

Olmazmı elə balıqdan Kəlbəcərin azad olmasını istəsin...

Ya şair reallıq hissini itirib, poetik-poetik danışır, ya da bizdən daha realistdir: bilir ki, heç balıqla da düzələsi iş deyil...”


                                                                            ***


Vusalə Mahirqızı : "Yaxşı menecer öz istədiyini yox, lazım olanı eləyəndi...”


                                                                             ***


İlhamiyyə Rza : "Yenə müxtəlif bəhanələrlə Facebook və ümumiyyətlə digər sosial şəbəkələrə məhdudiyyət qoyulması məsələsi gündəmə gəlir. Amma müasir həyatımızı bunlarsız təsəvvür etmək belə çətindir-əlbəttə ki, bütün zərərli və faydalı tərəfləri ilə birlikdə. İndiyədək sosial şəbəkələrin əleyhinə səslənən fikirlərin böyük əksəriyyəti "texniki" xarakter daşıyır: vaxt aparır, alışqanlıq yaradır, real həyatdan uzaqlaşdırır və.s. Bütün bunlar insanın öz əlindədir və idarə edilməsi mümkündür. Yeganə narahat olduğum məsələ, Facebookun "dost" anlayışını ucuzlaşdırmasıdır. İndi artıq real dostluqlar da ele bil FB dostluqlarına bənzəməyə başlayıb...”


                                                                            ***


Nigar Məmmədli : "Xoşbəxt insanları görərkən paxıllıq etməyin. Bilmirsiz axı onlar xosbəxtlikləri üçün nə qədər mübarizə aparıblar”.



                                                                             ***


Vüsalə Məmmədova : "Robin Şarmanın "Ferrarisini satmış rahib"ində deyir:

"Başqalarının vaxtını oğurlamasına imkan vermə. Vaxt oğrularından uzaq ol. Bu o vaxt olur ki, uşaqların yatıb, sən də öz sevimli kreslona oturub haqqında çox eşitdiyin bir romanı oxumağa başlayanda zəng edirlər. Bu adamlar sən ofisdə nəfəsini dərib, fikirlərini bir yerə cəmləşdirmək üçün bir neçə dəqiqə boş vaxtın olanda sanki zənbillə göydən düşürlər".

Əlavə edək:

Bu o vaxt olur ki:

- Whatsappda insanın ömrünü yeyirlər

- Facebookun inboxunu "slm, ncs" və s. kimi boş-boş mesajlarla doldururlar

- Küçəyə bardür düzürlər deyə səhərlər sovetskdə 20 dəqiqə fırlanırıq və s.

Uzada bilərəm, vaxtınızı oğurlamaq istəmirəm Vaxtınızın qədrini bilin! Sabahınız xeyir! Hamıya uğurlu gün arzulayıram!”


                                                                          ***


Elnarə Kərimova : "O Rusiyapərəst Milli Şuradan niyə Ermənistanda yoxdur?”



                                                                           ***



Sevil Nuriyeva : "Bir zaman "Niyə olmadı "deyib üzüldüyüm şeylərə ,bu gün "olmadı"deyə şükür edirəm...Allah hər nə edər, gözəl edər....”


                                                                           ***




Fərid Şahbazlı : "İslahatçı Gənclər İctimai Birliyi olaraq, inşallah bu il də Türkiyədəki dostlarımızla birlikdə Leyla xanım Əliyevanın başlatdığı kampaniyaya qoşularaq İstanbul və bir sıra digər şəhərlərdə "Xocalıya Ədalət" həftəsi keçirəcəyik. İnanıram ki, bu il seçəcəyimiz daha fərqli, effektiv təbliğat vasitələri Xocalı soyqrımının dəhşətli nəticələrinin daha çox insana çatmasında mühüm rol oynayacaq...”



                                                                        ***


Qan Turalı : "Adamların ürəkləri də şəkilləri də gözəl olsaydı...
Selfieni düşünəcək qədər özlərini dərk etmək haqda düşünsəydilər...
Dünya daha gözəl olardı...”



                                                                              ***



AY Nur : "Bəzən baxıb deyirik: - Nədir ki biz də bacararıq..
Ancaq inanın bacarmağın özünü də bacarmaq lazımdır. Cəsarəti olmayanın sözündə belə qüvvə olmaz. Zamanla qüvvədən düşər. Sözü ayaqda saxlayan əməllərdir. Əməllər sözümüzü təsdiqləyən tək yoldur. Sözlərə inanırıq əməlləri gördükcə güvənirik. Əməli görünməyənin sözü də boşluqda özünü itirir.”



Sübhan Mahmudlu