adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
03 Fevral 2015 14:50
49223
RUBRİKA
A- A+

"Facebook gündəliyi"

Facebook - dünyanın ən populyar qəzeti, saytı.

1 milyon azərbaycanlının fərdi təqdimat məkanı.

15 il öncə kim desəydi, hamınınşəxsi qəzeti olacaq, inanılmaz açıqlama olardı, həmin adama gülüb keçərdik. Ağlımıza gəlməyənlər başımıza gəldi.

Bu dəfə xeyirlisindən oldu. Başımıza gələn hadisəürəyimizdən xəbər verdi. Kimliyimizi, necəliyimizi göstərə bildik. Facebook göydən düşmə məkana çevrildi - daha çox da düşüncə adamları üçün. Bu üzdən Adalet.az saytının oxucularına intellektual Facebook istifadəçilərinin düşündürücü statuslarını təqdim etməyi qərara aldıq. Yəni onların yazdıqlarınıgöydən yerə düşürdük.

"Göy virtuallığın, yer reallığın təzahürüdü" - bu da olsun, təqdim edəcəyimiz statuslara nəzərən bir status

                                                                        ***


Əsəd Qaraqaplan : "Məncə, musiqilər bizdən daha yaxşı təşəkkür edə və daha yaxşı dəyməz deyə bilirlər. Onlar həm də hər şeyi bizdən yaxşı deyirlər və həmişə bizdən daha cəsarətlidirlər...”


                                                                          ***


Əbdüləli İbrahimsoy : "Ürək mehmanxana nömrəsi deyil, hər gələn orada dincələ!”

                                                                          ***



Əziz Əlibəyli : "Qadınlar arasında gözəllik müsabiqəsini keçirmək qədər mənasız şey yoxdur...
Zatən o qadınlar gözəldirlər..
Bu yarışmanı mütləq çirkin qadınlar arasında keçirmək lazımdır.
Diqqət elə bu deməkdir...”


                                                                            ***



İradə Cəlil : "Qadın xəyanəti"ndən qaynaqlanan cinayətlər gün keçdikcə artır...Nə ölümdü, sevmirsən bitir getsin xəyanət nəyə lazım? Xəyanət edir ayrıl getsin, öldürmək nəyə lazım”




                                                                              ***




Aynur Quliyeva : "Sahiblənməyə yox qazanmağa tələs..”



                                                                               ***



Anar Rüstəmov : "Əli Kərimli Biləcəridən o tərəfə çıxmayıb, özünü elə aparır ki, guya bütün dünyadan xəbəri var"




                                                                                  ***


Rəna Əsgərova : "Şairdən soruşurlar: Gedəndirmi tərk edən, yoxsa qalanmı? Şair deyirki; Qalan gedənin getməsinə səs çıxarmırsa, çoxdan tərk etmişdir”



                                                                                   ***



Yusif Məhəmmədoğlu : "Hamı ağlaşır ki, iş yoxdur, pul yoxdur, dolana bilmirik, acından ölürik. Kimə də baxırsan əlində 500-600 manatlıq telefon.. bəs iş yoxdursa, acından ölürsizsə, dolana bilmirsizsə, bu telefonları nəynən və hansı pulnan alırsız? Siz Allah deməyin ki, kreditə alırıq”




                                                                                   ***


Nicat Göyüşlü : "Neçə illərdir Soyqırımdan danışılır, amma demək olar ki, hər gün bu terminin yanlış yazılışının şahidi oluram.
Yazılır: Soyqırımı
Əslində yazılmalıdır: Soyqırım
Yox, əgər söhbət Xocalı soyqırımından gedirsə, o zaman elə Xocalı soyqırımı da yazılmalıdır. Soyqırım sözü ayrılıqda yazılanda sondakı mənsubiyyət şəkilçisi düşür, əziz jurnalistlər. II növ təyini söz birləşməsinin 1-ci tərəfini silib, 2-ci tərəfini də olduğu kimi yazmaq olmaz. Bu Azərbaycan ədəbi dilinin qrammatik normalarına ziddir...
Redaktorları, korrektorları və ən əsası da dizaynerləri bir az başa düşün...
P.S öyrətmək kimi də olmasın..”



                                                                               ***



Nəzakət Zeynallı: "Hökümətin ən böyük uğuru Qəbələ RLS-in bağlanması və ASAN xidmətdir. Qeyri hökümət təşkilatlarının işinə vurduğu balta isə bağışlanmazdır!! İşıq görünən hər yerə nəsə dürtməyin, qoyun insanlar nəfəs alsın!”




Sübhan Mahmudlu