adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 Fevral 2015 13:31
51908
RUBRİKA
A- A+

"Facebook gündəliyi"

Facebook - dünyanın ən populyar qəzeti, saytı.

1 milyon azərbaycanlının fərdi təqdimat məkanı.

15 il öncə kim desəydi, hamının şəxsi qəzeti olacaq, inanılmaz açıqlama olardı, həmin adama gülüb keçərdik. Ağlımıza gəlməyənlər başımıza gəldi.

Bu dəfə xeyirlisindən oldu. Başımıza gələn hadisə ürəyimizdən xəbər verdi. Kimliyimizi, necəliyimizi göstərə bildik. Facebook göydən düşmə məkana çevrildi - daha çox da düşüncə adamları üçün. Bu üzdən Adalet.az saytının oxucularına intellektual Facebook istifadəçilərinin düşündürücü statuslarını təqdim etməyi qərara aldıq. Yəni onların yazdıqlarını göydən yerə düşürdük.

"Göy virtuallığın, yer reallığın təzahürüdü" - bu da olsun, təqdim edəcəyimiz statuslara nəzərən bir status

                                                                         

                                                                                ***


Xoşgül Nəcəfli:"Millətin 70%-i internet səhifələrində oturur, 15%-i TV-lərdə gedən şou-proqramlarda oturub əl calıb hürrey gedir, 10%-i  TV-də teleseriala baxır, qalan 5%-i isə oturub qıraqdan bu 95%-ə baxib Allahdan rəhm diləyir.


                                                                                ***


Hüsniyyə Mürvətova: "Bəzən çoooox sadəlik göstərib səmimi olmaq və ya zarafatla hansısa bir sözü dediyimə çox peşiman oluram. Bəzilərinə qarşı sadəlik göstərdiyimə görə, özümdən üzr istəyirəm.!!!”

                                                                            

                                                                               ***


Qan Turalı: "Konu Lamiyə deyil, sən hələ də anlamadınmı?”


                                                                             ***


Aysel Vəlizadə: "Kütlə psixologiyası dəhşətli bir şeydir. Biz qadın hüqüqlarından danışanda bizə dil uzadanlar, indi Türkiyədəki hadisəyə "biganə qalmadıqlarını" göstərirlər."qonsudan qalma dala", ya da "palaza bürün elnən sürün"

                                                                             ***


Günel Əbilova: ""Facebook"da bütün kişilər qadına zorakılığı, şiddəti pisləyir. Elə isə həyatda qadınları döyənlər kimlərdir?”


                                                                             ***


Kəmalə Məmmədli: "Qadına, qıza təcavüzə son qoymağın bir yolu var, o da hər kəsin evindəki oğluna düzgün tərbiyə verməsidir”

                                                                           

                                                                            ***


Gülgəz Nur: "İnsanı etdiyi deyil, etmədiyi işlər yorur. Demək ki, aşdığımız dağlar hüzurumuz, hər hansı səbəbdən aşmadığımız dağlar isə yorğunluğumuzdur ki, bu da qəlbimizi, zehnimizi incitdiyi kimi, fiziki sağlamlığımıza da birbaşa zərbə vurur”


                                                                           ***


Vüqar Abdiyev: "Bir insanın düşünmə və nəticəçıxartma qabiliyyəti olmadıqda, məcburən başqasının dediklərinə inanmalı olur. İndi bunun müqəddəratı asılıdır o düşünən adamın insafından.
Adam var ki, vicdanının sızıltısının səsini kəsmək üçün sözün düzünü deyib rahatlayır. Adam da var sızıltı eşidən kimi yerə-göyə baxıb milçək axtarır"



                                                                          ***


Vüqar Abbasov: "Bayaq tv-lərin birində xəbər verdilər ki, hardasa tülkü insanlar olan yerdə görsənib. Bunu da xüsusi bir xəbər kimi təqdim edirlər. Burda təəccüblü nə var? Ətrafımızda bu qədər ikiayaqlı tülkülər dolaşırkən, bir dördayaqlı tülkünün gəlişi ilə nə olacaq?..”


                                                                          ***


Mətanət Quliyeva: " Dürüstlük sizə çox dost qazandırmaz, amma həmişə yaxşı dostlar qazandırar”



Sübhan Mahmudlu