adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
17 Mart 2015 15:36
49286
RUBRİKA
A- A+

"Facebook gündəliyi"

Facebook - dünyanın ən populyar qəzeti, saytı.

1 milyon azərbaycanlının fərdi təqdimat məkanı.

15 il öncə kim desəydi, hamının şəxsi qəzeti olacaq, inanılmaz açıqlama olardı, həmin adama gülüb keçərdik. Ağlımıza gəlməyənlər başımıza gəldi.

Bu dəfə xeyirlisindən oldu. Başımıza gələn hadisə ürəyimizdən xəbər verdi. Kimliyimizi, necəliyimizi göstərə bildik. Facebook göydən düşmə məkana çevrildi - daha çox da düşüncə adamları üçün. Bu üzdən Adalet.az saytının oxucularına intellektual Facebook istifadəçilərinin düşündürücü statuslarını təqdim etməyi qərara aldıq. Yəni onların yazdıqlarını göydən yerə düşürdük.

"Göy virtuallığın, yer reallığın təzahürüdü" - bu da olsun, təqdimedəcəyimiz statuslara nəzərən bir status

                                                                      

                                                                           ***

Xoşgül Quliyeva: "Novruz bayramında, süfrənizdə şamları yandıranda şəbəstu şadi,şəmi,şərabi şirin deyib evinizi yandırmayın diqqətli olun

      

                                                                           ***

Mehriban Zeynalova: "Adam var min söz desin inanmırsan... adam var söz deməsə də inanırsan...


                                                                          ***

Rüfət Soltan: "Həyatdan aldığım məvacib zaman itkisidir..


                                                                           ***

Anar Turan: "İş yerimizin qarşısında hazırda tam bir milli Novruz yürüşünə tamaşa etdik. Dəvə karvanı, atlı cəngavərlər, insanlar milli geyimdə, milli musiqi alətlərinin müşayiəti və s. Açığı xeyli əhvalımız açıldı. "Şaxta baba"nı gözümüzdə yüksəltməklə deyil. Novruz iç duyğularımızın bayramıdır


                                                                           ***

Əmrah Fəqanoğlu: "Martın 13-də axşam saat 9 radələrində öz maşınımda Neftçilər prospekti ilə üzü Nobel prospektinə tərəf gedirdim. "Park bulvar"ı təzəcə keçmişdim ki, yolun sağında dayanmış "DYP" avtomobili qəflətən sürət götürüb köndələn istiqamətdə qarşıma çıxdı. Maşını güclə sola çəkib təhlükədən uzaqlaşdım və yoluma davam etdim. Amma baxdım ki, "DYP"çilər yaratdıqları təhlükəyə görə üzrxahlıq etmək əvəzinə, məni təqib etməyə başladılar. Təxminən 5 dəqiqə boyunca sol tərəfimdə-yanaşı getdilər. Çevrilib təəccüblə onlara baxanda arxada oturan polis qardaşın boylanıb kəmər taxıb-taxmadığımı dəqiqləşdirmək istədiyini hiss etdim. Nəhayət, kəmər taxmağıma əmin olandan və bütün ekipajı da buna əmin eləyəndən sonra yüksək sürətlə uzaqlaşdılar.... Demək istəyirəm ki, sükan arxasında əyləşən kimi kəmərlərinizi bərkitməyi unutmayın, dəyərli dostlarım! Bizim yol polisləri bizim təhlükəsizliyimizin qeydinə bizdən çox qaldıqları üçün kəmər məsələsində qətiyyən güzəşt eləmirlər... Axır çərşənbəniz də mübarək olsun! Evlərinizə xeyir-bərəkət, süfrənizə bol ruzi, özünüzə sevdiklərinizlə bərabər sağlam və xoşbəxt ömür arzulayıram!


                                                                           ***

Şamxal Şəbiyev: "Həyatda ediləcək o qədər çox xəta var ki...
Eyni xətanı israrla davam etmenin bir mənası yoxdur...”


                                                                           ***

Əsəd Qaraqaplan: "FB çıxandan çerşənbə-bayramın dadını-duzunu qaçırdı. Hərə bir dənə şəkil tapıb yapışdırır divara, ver allahım ver, ala sizə çərşənbə, ala sizə bayram. Bax, nə qədər baxırsan bax, kef elə. Yeyib-eləməsəniz də olar. Beş-on dostunu da tag edir, hər kəsin səhifəsi allı-güllü səmənilərlə, qoz-fındıqla, yumurta, şəkərbura, paxlavayla dolur... Yoxsa heyif deyildi onda, gedib papaq atırdın, heç olmasa qozdan-zaddan yeyirdin...”

 

                                                                             ***

Elçin Əfəndi: "Axşam müxalifət iqtidarın qapısına qulaq falına çıxacaq...”


                                                                             ***

Xanım İsmayılqızı: " Ürəkdən qara qan axırsa, təqvimdəki qırmızı rəngin xeyri yoxdu....


                                                                              ***

Niyaz Niftiyev: "Ataların üstlərinə belə qışqırmayan qızların, küçədə təpiklənməsi və bunu da həzm etməsi həqiqətən də faciədir...


Sübhan Mahmudlu