SON DƏQİQƏ:

"Facebook gündəliyi"

  49436   |  
Şriftin ölçüsü  

Facebook fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Əslində keçmişdən baxanda bu məkan olduqca möcüzəvi görünür. İnsanı bir cümləsindən belə, tanıtdırmağı bacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki, həmin adı daşıyan adamsan. Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar, xüsusən də ictimai sferada tanınan dostlar, Siz yazın biz onları ənənəvi KİV-də yayaq. Biz, yəni Adalet.az. Yayaq ki, çox tanınasınız. Necə varsınız, elə də tanınmaq bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdi.

                                                                    

                                                                           ***

Bu gün Şuşa şəhərinin Ermənistan tərəfindən işğal olunmasından 23 il ötür. Facebook gündəliyinin bugünkü rubrikasında sosial şəbəkədə Şuşa şəhərinin işğalı ilə bağlı paylaşılan statuslara yer veririk.


                                                                           ***


İradə Tuncay: "Dünyada nə qədər sərhəd görmüşəm... Bəzən olur ki, televizorda hansısa ölkəni göstərəndə özumə "Aaa, mən orda olmuşam" deyirəm. Və həm də xatırlayıram ki, çox gözəl təbiəti olan yerlərdə gəzəndə oraları bənzətdiyim iki yer var... Səhər yuxudan ayıldım və... mən orda olmuşam dedim özümə. Həm də dəfələrlə. Sonuncu gedişim 1988-ci ildə idi. Hadisələr yenicə başlayırdı. O zaman ağlıma gəlmirdi həmin yerləri keçmiş zamanda xatırlayacağım. Bəlkə bu yerlərə bir də gəlmədim – demədim... Mən Şuşada olmuşam...”.


                                                                            ***


Elçin Mirzəbəyli: "Bu gün Şuşanın işğal olunduğu gündür. Unutma, amma ağlama! Məğrur ol, yazıq və məzlum görkəm alıb yas tutma! Qələbə haqqında düşün! Mənim üçün "işğal günü" deyilən bir anlayış yoxdur. Azərbaycan torpaqlarının işğalı ilə bağlı günləri ictimai-siyasi mövcudluq, yaşam tərzinə çevirənlərin səmimiyyətinə inanmıram! "Hamınız arvadsuz" deyə-deyə millətin qüruruna tüpürən ifadələrin üzərində biznes imperiyası quranların deyil bu Vətən! "Hamınız kişisiniz!", "Aslan kimi savaşıb qalib gələcəksiniz" deyənlərin və mücadilə aparanlarındır. Aslanın isə erkəyi-dişisi, arvadı-kişisi olmur... Döyüş qəlbimizə yazılıb!”.


                                                                            ***


Fuad Muradov: "Şuşa əzəli və əbədi Azərbaycan torpağıdır. Biz ora mütləq qayıtmalıyıq və qayıdacağıq! Bu bizim ən böyük arzumuzdur, məqsədimizdir, hədəfimizdir! Azərbaycan bayrağını Qarabağda, Şuşada və müvəqqəti işğal altında olan doğma torpaqlarımızda qaldıracağıq!


                                                                            ***


İlham Quliyev: " İşğal gününü yaşamaq çox acıdır...


                                                                             ***


Azər Sarıyev: "Şuşa azərbaycanlı abırının kliniki ölümüdür”.


                                                                             ***


Vəsilə Vahidqızı: "Mən elə bilirdim sənsiz ölərəm, mən sənsiz ölmədim, məni bağışla. Bağışla ŞUŞA!”.


                                                                              ***


Sənan Nəcəfov: "Şuşasız evim evdirmi? Dözən mənəmmi, devdirmi? Kimə söyləyim dərdimi, Şuşaya gedə bilmirəm (Şuşasız 23 il, biz hələ də yaşayırıq)”.


                                                                             ***


Kənan Hacı: "Şuşa haqqında heç nə yaza bilmirəm... Düşmən əlində olan torpaq haqqında o vaxt danışmaq haqqımız olar ki, o torpağı azad edək!


                                                                            ***


Elşad Eyvazlı: "Şuşadan başlayır Qarabağ!


                                                                           ***


Aynur Camal: "Bu, mənim ən bəxtəvər şəklimdi............


Sübhan Mahmudlu


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-22
2021-10-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 21 19 16 14 12 09 07 05 02
September: 25

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK