SON DƏQİQƏ:

DOST

  44453   |  
Şriftin ölçüsü  
Allah Adəmi yaratdı, onun yalnız yaşaya bilmədiyini görüb əks cinsdən digər bir insan da yaratdı. Aralarında yaranan ilk bağ dostluq oldu - ehtiyac, sevgi ... sonradan yarandı. Ən çox ehtiyac duyulan ilk insani münasibət dostluq oldu.
Həyatda dost qazana bilməyənlər həmişə bu sözü inkar edərək, "ən yaxşı dost özünsən" deyirlər. Yəni, kimsəyə güvənmirlər. Amma bəzən insan özüylə də dostluğu poza bilir...
Biri olmalıdı həyatında - varlığını daima bildiyin, özünü onunla güvəndə hiss etdiyin biri. Biri olmalıdı, "üzülmə, üzülsən mən də üzülərəm" dəyən biri olmalıdı hayatınızda. Səninlə söhbət mənə kömək elədi, deyə biləcəyin biri olmalıdı.
Nədir dostluq? Həyatımızdakı... varlıqlarından sonsuz xoşbəxt olduğumuz insandı dost. Həyatda çox az-az qarşılaşdığımız insan növüdü. Əslində bir insanla dostluq münasibəti yaratmaq bir təsadüfün nəticəsi deyil. Onu kərpic-kərpic özümüz inşa edirik, yaradırıq. Oxşar xarakterimiz, dünya görüşümüz, həyata baxışımız, yaxud taleyimiz olur o kərpiclər. İnandıqdan sonra isə sənin yaxşılığını istəyən, bu yolda sənə acı olsa da, doğruları söyləyəcəyinə inandığın yeganə güvənilir insan olur dost. İncidiyində, incitdiyində, qəlbini qırdığında dünyanın ən bədbəxt adamına çevrildiyin, ən ehtiyaclı günlərində güvəninə şübhə etmədiyin ən bəxtəvər anlarının səbəbidi dost. İstədiyin vaxt "başağrısı" verə biləcəyin, birlikdə dərdini çözə biləcəyin və sadiqliyi hər zaman şərt olan biridi dost. Diqqətini çəkən başqa birisi olanda səni satmayan, ürəyini açdığın zaman "bir gün aramız pozularsa, lazım olar" düşüncəsiylə dərdinə şərik olmayan, yaxşı gündə də, pis gündə də dərdini bölən şərikindi dost. Bu zamanda dostun nə qədər az olsa, daha yaxşıdı... Hər kəslə uzaqdan salamlaşıb keçmək ən yaxşısıdı, çünki bəsirət gözünü açınca insan görür ki, ən böyük düşməni elə ən çox güvəndiyiymiş...
Və bəzən səni olduğun kimi qəbul edən, verib-aldığının hesabını aparmayan, kim az, kim çox hörmət edib düşüncəsiylə "borc dəftəri" tutmayan, yeri gələndə qızğın mübahisə etdiyin, bəzən qucaqlaşıb ağladığın, fərqli bir anlayış olduğu üçün eqoist insanların əsla dada bilməyəcəyi bir daddı, hissdi dostluq.
Dəfələrlə gözlərimiz yaşararaq: "Yaxşı ki varsan!" deyə bildiyimiz varlıqdı dost.
Gərçək dostlar ulduzlar kimidilər - qaranlıq düşüncə ortaya çıxarlar... Qaranlıq olmasın, daim aydın olsun dostlarımızın günləri!
Bir insana tamamən güvəndiyiniz zaman iki sonucdan birini eldə edəcəyiniz qətidir: Ya yaşam boyu dost, ya da həyat boyu bir dərs...
Gerçək dost yanlış etdiyin zaman səni xəbərdar edən, sonrasında isə qoruyan adamdı, etdiyin səhvi hər kəsə bildirən yox.
Dostluq göbələk yeməyi kimidir. Zəhərli və ya zəhərsiz olub olmadığı ancaq yedikdən sonra belli olur.
Dost vurulunca deyil, unudulunca qəhrindən ölürmüş.
Get ruzigar, dostuma onu necə sevdiyimi anlat. Xoşbəxtsə, sakitcə gel yanıma, deyilsə, dostun hər zaman yanındadır, - deyə pıçılda qulağına, unutmasın ürəyimin daima onunla olduğunu...
Deyir dost dəniz kənarındakı daşlara bənzəyir, əvvəl bir-bir toplarsan, sonra bir-bir dənizə atarsan - ancaq bəzilərinə qıymazsan. Bax sən o, qıymadıqlarımdansan. Çox gözəlliklər gördüm, ən gözəli milyonlarca insanlar arasında sənin dostun olmaqdı. Heç bir təmənna gözləmədən etdiklərini unutmaq mümkün deyil. Səmimi, təmiz, fədakar, cəfakeş insan, güvənilir dost, məni bu sətirləri yazmağa vadar edən sənə olan minnətdarlıq borcumdu. Maddiyyat üçün deyil, təmiz qəlbin, təmənnasız çabaların, səmimi dostluğun üçün. Çünki orda minnətdarlıq üçün ağzımızı açmağa belə imkan vermədin...
Bəzi şeylər bitər, amma xatirələr sonsuza qədər qalar. Bu xatirələr əsla yaddaşımızdan silinməyəcək gözəlliklərdi. Bu günlər səni üzəcək, qıracaq, xoşuna getməyəcək şeylər də oldu bəlkə. Amma bunlar da dostluğun şərtlərindəndir. Biz yalnız gözəl günlərin dostları deyilik. Bu, sərhəd tanımayan, dərələr, dağlar aşan, dənizlər, çaylar keçən, hər iki ölkədə yaxınlar tərəfindən məmnunluqla qarşılanan dostluğun mayasında olan halallıq Yaradanın da nəzarətindədi. İnanclı, imanlı, halal insan, yaxşı ki varsan! Yaxşı ki, mənim dostumsan! Yaxşı ki, həyatda sənin kimiləri də var və insanlara inamı, güvəni, etibarı sübut edən dostluğun çoxlarının üzündə yalnız xoş təbəssüm yaradır.
Üzündən təbəssümün əksik olmasın, gözəl insan! Müddəti bizə bəlli olmayan ömrümüzü gözəlləşdirən belə bir dostluğun ilk addımını sən atdığın üçün sağ ol! İllər keçməsinə baxmayaraq olduğun kimi görünmən, göründüyün kimi olman, səmimi münasibətində heç dəyişməyən sabitliyin üçün minnətdaram. İndiki zamanda bir insanın maddi ehtiyacı olmadan, təmənna güdmədən, yalnız mənəvi, ruhi, insani duyğuların diktəsi ilə dostluq etməsi hər adımda rast gəlinməyən, hər kəsə müyəssər olmayan bir zənginlikdir. Bu daxili zənginliyin üçün sənə minnətdaram dostum!
Doğanın kəskin şəkildə qorunub saxlandığı, həddən artıq gözəl təbiətli, səmimi insanlı məmləkətinizin də təsiri var əlbəttə bu qədər büllur saflığına malik xarakterinizdə. Gözəlliyə gözəllik qatan ruhunuz hər zaman qarşılığını görsün! Hər ayrılıq yeni bir görüşün başlanğıcıdır. Cismən ayrılmaqsa heç bir şeyi deyişmir. Çünki məsafənin uzaqlığı qəlblərin, ruhların yaxınlığına təsir edə bilmir. Qəlbinə, ruhuna sağlıq gözəl insan! Yenidən görüşmək ümidiylə...

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-11-29

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 27 20 13 06 04 02
October: 30 28 26 23

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK