ÇANAQ «ŞAMAXI»nın BAŞINDA ÇATLADI - Aqil ABBAS yazır

AQİL ABBAS
1071 | 2023-05-31 16:25

Təkcə Şamaxının Azərbaycan xalqına verdiyi dahilərin, görkəmli şəxsiyyətlərin sayına görə Avropanın bir çox xalqları həsəd apara bilər. Elə bir tək Nəsimi və ya Sabir bəsdi. Şamaxı həm də vaxtilə Azərbaycanın paytaxtı olub. Söhbət başqa bir şeydən gedir, daha doğrusu, futboldan.

Bu mövsüm ad sarıdan bəxti gətirməyən gah «Xəzər universiteti», gah «İnter», gah da «Keşlə» adlanan futbol klubu Şamaxıya köçürüldü və komandanın adı dördüncü dəfə dəyişdi.

Bir futbol həvəskarı kimi mən də sevindim ki, çempionatımızda region klublarının sayı artdı. Təəssüf ki, sevincimiz gözümüzdə qaldı, bu il «Şamaxı» çempionatda sonuncu yeri tutdu və Yüksək Liqanı tərk elədi. Düzdür, Şamaxıda əvvəllər də futbol olmayıb. Yuxarıda qeyd etdiyim kimi, bu torpaq mütəfəkkirlər yetişdirir, şairlər yetişdirir.

Şamaxılıların hər oyunda stadionu doldurmalarına Bakı klubları həsəd apara bilərdi.

20 ildi, bəlkə də daha çox heç bir kluba tətbiq olunmayan qanun niyə «Şamaxı»ya tətbiq olundu?! Bu kluba bir-iki il möhlət vermək olmazdımı? Özü də bilə-bilə ki komanda yalnız yerli futbolçulardan təşkil olunub. Həm də Azərbaycan çempionatına bir rəng qatırdı «Şamaxı». İndi o rənglərdən biri soldu. Çox təəssüf.

Amma hələ gec deyil. İdman qanununun böyründən keçib «Şamaxı»nı Yüksək Liqada saxlamaq olar.

Əzizimiz AFFA-nın İcraiyyə Komitəsi, şamaxılıların sevincini əlindən almayın.

  • Oktyabr:
  • 4

TƏQVİM / ARXİV