adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

SƏSİNİ EŞİDİB SEVİNDİM...

FAİQ QİSMƏTOĞLU
63063 | 2017-01-15 13:02

Hərgün səhər açılanda Allahıma şükür edirəm.Şükür edirəm ki, sağ-salamatam, dünyanı görürəm, yeriyirəm, ürəyim döyünür.Sonra da doğmalarıma Allah-Təaladan can sağlığıarzulayıram. Bununla da hər şey bitmir."Qurani-Kərim"in dörd gözəl surəsini gün ərzindəiyirmi dəfə oxuyuram. Təbii ki, bunları oxuyanda ürəyimə, qəlbimə vəiçimə bir nur gəlir. Dua edərkən yaxın dostlarım və mənəyaxşılıq eləmiş, çörək vermiş, çətin gündə arxamda durmuş insanlarda yadımdan çıxmır.

Onlardanbiri də düz otuz ilə yaxın dostluq elədiyim Ənvər Seyidovdur. Həmişə ən çətin, ənağır və hətta xəstə günlərimdə beləözümün xəbəri olmadan mənə telefon açıb, kömək göstərib və "qorxma"deyib. Ümumiyyətlə, bu insan nə qədər istedadlı, nə qədər tanınmış, nə qədər gözəl hakim və alim olsada, bir o qədər böyük ürək sahibidir və bir o qədər də sadə və səmimi ziyalıdır.

Özümündə ağrım-acım bəzən çox olur. Bir gün eləoldu ki, saytların birində göz gəzdirəndə Ənvər müəllimlə bağlı bir informasiya oxudum. Sözün açığı, bu xəbər məni çox narahat elədi. Əgər o xəbərəinansaydıq, Ənvər müəllimin vəziyyəti çox ağır idi. Başı alovlu Mərkəzi Neftiçilər Xəstəxanasına getdim. Ordada dedilər ki, reanimasiyadadı. Yaxın dostumuz Firdovsi müəllimtəlaş keçirdiyimi hiss edib mənətəsəlli verdi və dedi ki, bilirəm, sən Ənvər müəllimlə uzun illərdi çörək kəsirsən, amma narahatolma. Hər cür çətinlik arxada qalıb, durumu pis deyil.

Sözün açığı, butəsəlli də mənim ürəyimi bir o qədər sakitləşdirmədi. Yenidən həmin xəstəxanayabir neçə dəfə baş çəkdim. Amma onu ziyarətedə bilmədim. Hər dəfə də xəstəxanaya baş çəkəndə gözlərim dolur, onun elədiyi yaxşılıqlaryenidən yadıma düşürdü...

... Bir dəfə dəxəstəxanaya gələndə mühafizəçilər dedilər ki, artıq Ənvər Seyidovxəstəxanadan çıxıb ev şəraitindədi. Ordan yenə başı alovlu yaşadığı ünvana getdim. Təbii ki, mobil telefonunazəng çalsam da, onusöndürmüşdü. Mən həyətə getdim,qapıda xidməti maşınını gördüm. Sürücüsümənə yaxınlaşdı və kim olduğumu soruşdu. Dedim ki, Ənvər Seyidovunyaxın dostuyam, onu ziyarət etmək istəyirəm. O da yazıq görkəm aldı vədilləndi:

- Vallah, onunziyarətinə çox adam gəlir, amma Leyla xanım heç kimlə görüşməyi məsləhət bilmir. Adınızı, soyadınızı deyin,sizin gəlməyinizi ona çatdırıram.

Mən də adımıdedim və çıxıb getdim. Geri dönəndə sürücüdən mobil telefonunu soruşdum. Oda telefon nömrəsini vəadını mənə dedi. Səhv eləmirəmsə adı Kərim idi. Çox tərbiyəlivə qanacaqlı bir gəncdir.

Ürəyim dözmədi, bir neçə gündən sonra yenə Ənvər müəllimgilə getdim. Sürücü məni tanıdı və yenəmaşından düşüb dedi ki, müəllim, narahatolmayın, sizin salamınızı Ənvər müəllimə çatdırdım. Vəziyyəti də şükür Allaha, yaxşıdır.

Sonrakı günlər isə elə Kərimlə telefon əlaqəsi yaradırdım. O da bildirirdiki, narahat olmağa dəyməz, hər şeyyaxşıdır. Yanvarın 12-də isə ürəyimdözmədi və Ənvər Seyidovun mobiltelefonuna zəng çaldım. Zəng üç dəfəsəsləndi, amma cavab verilmədi. Ümumiyyətlə, mən hər hansı dostuma üç dəfədən artıq zəng vurmaram. Bilirəm ki,bu vaxtı ya onun başı qarışıqdı, ya da bir işlə məşğuldu. Amma zəngin çağırmasınaçox sevindim. Çünki əvvəllər Ənvərmüəllimin nömrəsi söndürülürdü.

... Heç 15 dəqiqəkeçmədi ki, həmin telefondan mənə zəng gəldi. Sevincək düyməni basdım və Ənvər müəllimin əvvəlki kimi şux səsini eşitdim:

- Elə bil mənə zəngeləmisən. Baxdım gördüm sənin nömrəndi yenidən sənə zəng vurdum.

Sözün düzü, bu səsi eşidəndəsevincimdən gözlərim doldu. Axı bu səsi nə vaxtdandı eşitmirdim, üstəlikdə gəzən söz-söhbətlər, şayiələr məniçox narahat edirdi. Xeyli duruxandan sonra dilləndim:

- Sənin səsinə qurban olum, bu səs nə qədər doğma və əzizdir. Allah səni qorusun!

Utandığımdan daydemədim ki, dəfələrlə xəstəxanaya gəlmişəm,evə baş çəkmişəm. Ancaq səni ziyarət edə bilməmişəm. Bunların heç birini deməsəm dəyaxşı bilirdim ki, çox şeydən Ənvər müəllimxəbərdardı.

O yenidən dilləndi:

- Səsimi eşitdinmi?!

- Eşitdim-dedim.

- Bax, indi getürəyin harda istəyir de ki, Ənvər müəlliminvəziyyəti lap yaxşıdı. Özümü əvvəlkindən də gümrah və sağlam hiss edirəm.

Əlimi yuxarıqaldırıb Allahıma dua elədim. Dua elədim ki, ilahi, sən nə yaxşı bu cür gözəl insanı yenidən həyata qaytarmısan və ona şəfa vermisən. Onsuz da hərgün səhər yuxudanoyananda onun sağalması üçünAllaha dua edirdim və yadıma İstanbuldaolarkən qardaşımın mürəkkəb durumu düşdü. Onda doktor, professor Müzəffər bəy dedi ki,məndən çox Allaha dua edin. Əgər Allah onu sevirsə, qardaşınızı həyata qaytarmaq mümkün olacaq. Biz də səhərə qədər yatmayıb Allaha dua elədik və səhər də analizlərin nəticəsi çox yaxşı oldu, qardaşım da ürək əməliyyatından uğurlaçıxdı...

Ənvər Seyidovuzun müddət Ali Məhkəmənin hakimi vəzifəsindəçalışıb. Hələ əvvəllər Cəlilabad rayonundaməhkəmənin sədri olub. İndi isəAğır Cinayətlər Məhkəməsinin hakimidir. Bununla yanaşı, Ənvər Seyidov yazıçı-dramaturqdur. Beş romanı, çoxlusayda televiziya tamaşaları var. Azərbaycan Pedaqoji Universitetinin professorudur. O gözəl dost, gözəl ailəbaşçısı, gözəl də insandır. Ənvər müəllimin tərifdən o qədər də xoşu gəlmir. Elə ona görə də buyazıya nöqtə qoyub Allah-Təaladan ona sağlam ömür, can sağlığı arzulayırıq. Arzulayırıq ki, bizim dostumuz vəqardaşımız Ənvər Seyidov xəstələnib bir daha yatağa düşməsin. Həmişə ailəsinin və işininüstündə olsun!

TƏQVİM / ARXİV