SON DƏQİQƏ:

O UŞAĞI XİLAS EDƏK…

  61421   |  
Şriftin ölçüsü  

Bizim qonşuluqda bir uşaq var – İbrahim Eldar oğlu Allahverdiyev. O, 26 aprel 2007-ci ildə Masallı rayonunun Təzəkənd kəndində anadan olub. Sonradan onlar Bakıya köçüblər və indi bizimlə qonşudular. Daha doğru desək, Suraxanı rayonunun Yeni Günəşli yaşayış sahəsinin «D» massivindəki 13 nömrəli binanın 17-ci mənzilində yaşayırlar.

Onları çətin gündə ataları atıb gedib. İndi bu uşağa və onun anasına himayəni qızın atası və anası göstərir. Yəni onların hansı çətinliyi, sıxıntısı varsa, baba və nənənin köməkliyi nəticəsində aradan qaldırılır. Uşağın anası Elnurə Əhməd qızı Əliyeva isə çətinliklə də olsa iki övladını böyüdə bilib və onlara çox yaxşı tərbiyə verib.

Ötən ilin yayında o uşaq mənimlə birlikdə qonşuluğumuzdakı stadiona gedib və orda idman edirdi. Bu uşağın cəldliyi, zəhmətsevərliyi məni heyrətləndirirdi. İdman elədikdən sonra həyətə gəlib və tay-tuşlarıyla oynayırdı. Yaşlı adamlar yaxınlıqdakı mağazadan bir şey almaqda çətinlik çəkəndə o dəqiqə İbrahimi çağırırdı. Və İbrahim də başını aşağı salıb qaça-qaça gedir, mağazadan nəsə alıb və gətirib o yaşlı adama verirdi.

Uşağın istiqanlılığı, zəhmətkeşliyi qonşuluqda hamımızı sevindirirdi. Bir gün də eşitdik ki, İbrahim Allahverdiyev möhkəm xəstələnib. Babası və anası onu əvvəl İrana apardılar. Orda da müayinə edib diaqnoz qoyublar ki, uşaqda qan xərçəng xəstəliyi var. Yəni onun xəstəliyinin adı bir qədər də dəqiq desək, leykozdur. Onun bir müddət İranda müalicə elətdiriblər. Ancaq imkanları olmadığına görə yenidən Bakıya qayıdıblar.

Bakıdakı Onkoloji Mərkəzdə bir müddət müalicə götürüb. İndi isə ev şəraitində müalicə alır. Valideyninin dediyinə görə, ən azından həftədə 200 manat pul lazımdır ki, onun qanı dəyişdirilsin və lazımi dərmanlar qəbul eləsin. Təbii ki, imkansız ailə də bu vəsaiti tapmaqda çətinlik çəkir.

Onlar uşağın ağır durumu ilə əlaqədar olaraq «Palmali» şirkətinin prezidenti Mübariz Məsimova müraciət ediblər. Uşağın anası Elnurə xanım deyir ki, Mübariz müəllimi bizim Lənkəran zonasında çox xeyirxah və gözəl insan kimi tanıyırlar. Neçə-neçə ağır xəstəliyə düçar olmuş insan göydə Allahın və yerdə onun köməkliyi nəticəsində həyata qayıdıb. Mənim oğlum İbrahim də gözümün qarşısında günbəgün solur. Allah heç bir anaya belə bir dərd qismət eləməsin. Dərdi verən Allah yəqin onun əlacını da tapır. Bizim də ümidimiz bayaq dediym kimi, Mübarizə Məsimovadır. Ümumiyyətlə, ölkəmizdə xeyirxah və əməli-saleh insanlar çoxdur. Elə onlara da müraciət edərək demək istəyirəm ki, mənim oğlum İbrahim Allahverdiyev çox ağır durumdadır. Kim ona kömək eləsə, Allah da onu sevindirsin.

Təbii ki, insanlar bir-birinə əl tutanda, arxa duranda bu Allahın da çox xoşuna gəlir. Biz də gərək bir-birimizi darda və çətinlikdə qoymayaq. Bu balaca İbrahimin ötən yaydakı çevikliyi, stadionda qaçmağı, uşaqlarla oynamağı yadıma düşəndə istər-istəməz kövrəlirəm və Allah-Təaladan bu uşağa şəfa diləyirəm. İbrahim Allahverdiyevin ünvanını yuxarıda göstərimşik. İndi isə onların əlaqə telefonlarını bildiririk: (012) 477-50-64; (051) 559-75-98.

Hər birimiz imkanımız daxilində bu uşağa kömək etsək bəlkə də onu ölümün pəncəsindən ala bilərik. Təki bir balaca ürəyimizdə təpər olsun, sevgi olsun və biz də bu uşağa kömək əlimizi uzada bilək. Əgər kimsə bu addımı atarsa, imkansız və kasıb ailənin böyük sevincinə səbəb olar!..

***

Elanlar

Əhmədov Qurbanəli Səyad oğlunun adına Bakı şəhəri, Bakıxanov qəsəbəsi 4090/94-cü məhəllə, ev 2/10 ünvanının HDQHDƏDR çıxarış itdiyi üçün etibarsız sayılır.

***

Məmmədova Gülbəniz Həbib qızının adına Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi 510-cu məhəllə, ev 15 A, mənzil 29 ünvanının HDQHDƏDR çıxarışı itdiyi üçün etibarsız sayılır.

***

Azərbaycan Respublikası vətəndaşı Öztürk Ofeliya Qurban qızına məxsus Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi tərəfindən verilmiş 21 may 2003-cü il tarixli və 28 saylı, vətəndaşlara həyətyanı torpaq sahəsi verilməsi haqqında Əmrdən Çıxarış və Abşeron Rayon İcra Hakimiyyəti başçısının 20 avqust 1999-cu il №096 saylı vətəndaş Öztürk Ofelya Qurban qızına həyətyanı torpaq sahəsi ayrılması haqqında sərəncam itdiyi üçün etibarsız sayılır.

***

Azərbaycan Respublikası vətəndaşı Cəfərova Səbinə Eldar qızına məxsus Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi tərəfindən verilmiş 21 may 2003-cü il tarixli və 28 saylı, vətəndaşlara həyətyanı torpaq sahəsi verilməsi haqqında Əmrdən Çıxarış və Abşeron Rayon İcra Hakimiyyəti başçısının 20 avqust 1999-cu il №096 saylı vətəndaş Cəfərova Səbinə Eldar qızına həyətyanı torpaq sahəsi ayrılması haqqında sərəncam itdiyi üçün etibarsız sayılır.

***

Azərbaycan Respublikası vətəndaşı Fətəliyev Yavər Ağababa oğluna məxsus Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi tərəfindən verilmiş 21 may 2003-cü il tarixli və 28 saylı, vətəndaşlara həyətyanı torpaq sahəsi verilməsi haqqında Əmrdən Çıxarış və Abşeron Rayon İcra Hakimiyyəti başçısının 20 avqust 1999-cu il №096 saylı vətəndaş Fətəliyev Yavər Ağababa oğluna həyətyanı torpaq sahəsi ayrılması haqqında sərəncam itdiyi üçün etibarsız sayılır.

Faiq QİSMƏTOĞLU

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 26 23 21 19 16 14 12 09 07 05

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK