adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

ÖLDÜR MƏNİ...

FAİQ QİSMƏTOĞLU
63439 | 2017-06-06 14:43

Torpağı əkmək, becərməko qədər də asan iş deyil. Bunun üçün gərək zəhməti sevəsən, səhərdən axşama qədərtər töküb çalışasan. Hələ bu da azdır, əkdiyin hər məhsulun üstündə yarpaq kimiəsməli, onu uşaq kimi bəsləməlisən. Əgər bunları vaxtında yerinə yetirə bilsən,xalq dilində demiş olsaq, onların «nazı» ilə oynasan, bax, onda o torpaq da, o əkdiyin toxum da səni sevindirəcək…

İndi gəlin görəkbizim kənd yerlərində hər adam özünün həyatyanı sahəsini əkib-becərirmi? Sözün doğrusu,çoxları bəlkə də «çörək ağacı» olan bu torpağı heç vaxt dinc qoymur. Yəni yaz gəldi torpağı şumlayır, əkir, becərir. Hələelələri də var ki, bir qədər irəliyə gedərək istixana düzəldib mövsümdən asılı olmayaraqməhsul yetişdirirlər. Təbii ki, onların da zəhmətləri heç vaxt hədə getməz. Çünkitorpaq deyər: «Öldür məni, dirildim səni».

Yenə xalq dilindədemiş olsaq, gərək torpağı «öldürəsən» ki, o da sənin çörəyini, suyunu, azuqəniverə bilsin. Axı dedik, heç də kənd yerində bütün adamlar həyətyanı sahələrininhamısını əkib-becərmirlər. Çox uzağa getməyək, elə mən konkret olaraq iki öz qohumumdansöhbət açmaq istəyirəm. Onların biri səhər saat 5-də yuxudan qalxır, həyət-bacadamal-heyvanı örüşə ötürür, sonra da başlayır o ki, var həyətyanı sahədə əkin işləriilə məşğul olmağa. Müxtəlif tərəvəz məhsulları, eləcə də bostan məhsulları yetişdirir.İlin hansı fəslində onun qapısına getsən həyətində çoxlu qoyun-quzu, toyuq-cücəgörərsən. Və bu qoyun-quzu, toyuq-cücə heç də asanlıqla yetişdirilməyib. Yəni onlarınhər birinin üstündə qohumum həm özü, həm ailəsi, həm də uşaqları səhərdən axşamacantər töküblər.

Dedim axı, hansıfəsildə getsən onun həyətində tərəvəz məhsulları görəcəksən. Pomidor, xiyar, göy-göyərtihər zaman onun həyətində yetişdirilir. Üstəlik də, istixana da düzəldib. Soyuq aylardahəmin istixanada pomidor, xiyar yetişdirir.Həm özü yeyir, həm də bazara satmağa çıxarır. Sağlığına qismət, son vaxtlar özünəyaxşı ev-eşik tikib, bir xarici maşın da alıb. Deyir ki, 4 cöngəm var idi. Bazarıçıxarıb satdım, 10 min manata yaxın pul elədi. O pulla da gördüyün bu xarici maşınıalmışam. Evinə, eşiyinə kim getsə, bir gün də 50 adamı qarşılayıb çörək verməyə,yedirtməyə və evində saxlamağa imkanı var.

İndi ikinci qohumumdandanışacam. Onun da hardasa həyətyanı sahəsi bir hektara yaxındır. Bu bir hektarsahədə Allah kömək olmuş bir lək pomidor, xiyar, soğan belə əkmir. Söz də düşəndədeyir ki, əşi, neynirəm bostan-tərəvəz əkməyi?! Onsuz da əmioğlum hər şey əkib-becərirvə bizə də yetişdirdiyi məhsullardan həmişə pay göndərir. Qəribə də olsa o bir hektarsahəni çox vaxt kol-kos, sirkan basır. Qohum-əqrəba danlayandan sonra əmioğlum dəryazıgötürüb o kol-kosu çalır. Onda da bir qan-tərə batır ki, uzun müddət özünə gələbilmir. Elə haçan gedirsən günün günorta çağı özü də, ailəsi də yuxudan gözləriaçılmır. Hətta bir dəfə böyük qardaşı o ki, var onu danladı. 15-20 hinduşka alıbona bağışladı. Dedi ki, böyüt, həm özün ye, həm də biz gələndə birini kəsərsən.Mənim tənbəl əmimoğlum isə o hinduşkaların nə vaxtında yemini verdi, nə də suyunu.Bir neçə vaxt keçəndən sonra qapıda bir hinduşka da qalmadı. Baxımsızlıq üzündənonların hamısı tələf oldu. Sonra da böyükqardaşı gəlib gördü ki, aldığı hinduşkalardan biri də qalmayıb. Yenə balaca qardaşınıqınadı və dedi ki, a kişi, səndən çörək iyi gəlmir. Nə vaxta qədər ki, səhərdənaxşama qədər başını yastığa qoyub yatacaqsan, çörək də səndən üz döndərəcək…

Vallah, kim işləyirsə,kim çalışırsa həmişə onun ruzisi olur. İstəyir kənd adamı olsun, istəyirsə də şəhəradamı, fərqi yoxdur. Təki, çalış, vuruş və əziyyət çək. Əgər bir kəndlinin həyətindənmal-heyvan səsi gəlmirsə, ordan xoruzların səsi ətrafa yayılmırsa, həyətində meyvəağacları yoxdursa, vallah, bilmirəm bu adama necə kənd adamı demək olar. Kənd adamınınhəyətyanı sahəsi olduğu kimi, yetişdirdiyi məhsullar da göz oxşamalıdır. Həyətəbaxanda kol-kos yox, sirkan yox, gözəl meyə ağacları, qızılgüllər, çiçəklər görməlisən.Bir az da boylananda bu həyətdə sənin gözünə mal-qoyun, toyuq-cücə dəyməlidir. Əgərbunlar kəndlinin həyətində yoxsa, onun şəhərliylə heç bir fərqi olmaz. Ən azındanona görə ki, kəndli səhər yuxudan qalxanda mal-qoyunu örüşə aparmalı, toyuq-cücənihəyətə buraxmalıdır. Və səhərin təmiz havasını udarkən o heyvanların səsini də eşitməlidir.

İndi bilmirəm mənimqələmə aldığım bu yazı bəzi tənbəl kənd adamlarınınxətrinə dəyəcək, yoxsa dəyəməyəcək?! Əgər xətirlərinə dəysə, gedib o həyətlərindəkiquyunun soyuq suyundan içərlər və üz-gözlərini möhkəm-möhkəm yuyarlar. Bəlkə bundansonra onlar qəflət yuxusundan ayıldılar, illərlə əkilməyən həyətyanı sahələrinişumladılar və orda nəsə becərdilər. Əgər onlar ziyanın yarısından da qayıtmış olsalarilk növbədə özlərinin həyatlarını yenidən quracaqlar, dolanışıqlarını yaxşılaşdıracaqlar.Yoxsa əks təqdirdə, belələrinin gözü həmişə qohum-əqrəbada olacaq və kiminsə onlarabir pay verəcəklərinə ümid bəsləyəcəklər.


TƏQVİM / ARXİV