SON DƏQİQƏ:

CƏHƏNNƏM GÖRÜNTÜSÜ

  24268   |  
Şriftin ölçüsü  

Adətən vəzifəlilər haqqında deyirlər ki, işdən çıxanın yerinə eləsini gətirirlər ki, gedənin atasına rəhmət oxusunlar.

Xırdalanda bitib-tükənməyən "yol, kanalizasiya tikintisi” başlandığı gündən sakinlərin əziyyəli-əzabı başlayıb, davam edir və qeyri-rəsmi məlumatlara görə hələ iki il də davam edəcək!

Təsəvür edin ki, qırx dərəcədən çox istidə küçələrdəki tozla nəfəsin kəsilə-kəsilə gəlib güc-bəla evə çatırsan, özünü vanna otağına atırsan və... su yoxdu!!!

Yol da ki, yetmişinci illərin kənd yollarını xatırladır. Çala- çuxurda, üstəgəl qırx dərəcə istidə " atılıb-düşən” avtobusda huşunu itirən kim, ürəktutmasından bayılan kim... avtobuslarda da kondisioner yox, qapını açıq qoymaq olmaz – "qayda-qanun var”! Maraqlıdır, bu qaydalar niyə kasıb camaat üçün də işləmir heç? Niyə yolun tikintisi işləri, özümüzə uyuşmasa da nümunə seçdiyimiz, Avropa qaydalarıyla gecələr getmir? Niyə heç olmasa, bircə alternativ yol saxlanılmır ki, yolun biri tikilib istifadəyə veriləndə o birinə keçilsin? Niyə yüksək çinli məmurlara lazım olanda Avropa qaydası, biz kasıblara gələndə cəngəllik qanunları işləyir?

Xırdalanın əsas yollarından əlavə məhəllə yolları, hər tin-döngədə yola bənzər hər nə varsa sökülüb tikinti adına, amma tikintidən əsər-əlamət yoxdur. Payızda bu işlər başlayanda qadınların mətbuatı xəbər vermişdi ki, yaya qədər qurtarsalar böyük iş görmüş olarlar, inanmamışdıq. İndi də o "məlumat bürosu” bu "tikintinin” illərlə davam edəcəyini söyləyirlər. Vay Xirdalanda yaşayanların halına!

Zakir Fərəcovun quruculuq işlərindən sonra yenicə Xırdalan şəhərimizlə fəxr etmək istəyirdik ki, gələnlərin yanında biabır olduq! Səhər öz təbii rəngində çıxıb, axşam evinə bomboz rəngdə dönən tozlu xırdalanlılar isə əllərini üzüb oturublar. Kimsə şikayət etmək, verilən bu cəhənnəm əzabını hansı günahımızla qazandığımızı soruşmaq ixtiyarında deyil. Xırdalanın küçələrində yuvası dağıdılmış arı kimi ordan-ora soxulan avtobusların sürücüləri bəzən dayanacaqdan çox uzaqda saxlayıb elan edirlər ki, burdan o tərəfə gedə bilmərəm, kim filan yerdə düşmək istəyirsə, burda ensin. Kor-peşiman avtobusdan enirsən və bu istidə get görüm necə gedirsən mənzil başına!

Rayondan - Lələtəpədən gələn qonağımızın təəccübdən gözləri bərələ qalmışdı. Lələtəpəyə çəkilən asfalt yoldan ağız dolusu bəhs etdikcə bunu necə izah edəcəyimi bilmirdim.

Nə tikdiklərini, niyə tikdiklərini tam bilməyən fəhlələri kənardan seyr edəndə bu dəhşətli istidən sonra onların evdəki halını düşündükcə yazığım gəlir. Cavabdehlərin, səlahiyyətlilərin heçmi insafı qalmayıb? Günvurma xəstəliyini gözardına alıb ailəsinə bir parça çörək apara bilmək üçün çalışmağa məcbur olan bu insanların heç bir qiyməti yoxdumu sizin üçün? Sitayiş etdiyiniz, hər istəyində (maaş, pensiya artırma, işsizlik problemi... ), tələbində kasıba sitat gətirdiyiniz Avropa standartlarında bu, yumşaq desəm, vicdansızlıq varmı? Sizin üçün heç bir dəyəri olmayan bu insanlar bir evin dirəyi, ümididir axı!

Yuxarıdan vertolyotla baxılsa, Xırdalan faydalı qazıntı alanına bənzəyər, təbii hündürmərtəbəli evləri nəzərə almasaq. Avtomobillərin sıradan çıxan hissələrini, gərəyindən qat-qat artıq sərf edilən yanacağı nəzərə almayıb, yalnız insan amilini - əsəb, gərginlik keçirən, ürək, şəkər, panik-atak, astma və sair xəstəliyi olan insanları düşünsək, bu tikinti adına bəlanın nə qədər sürəcəyini gözləyən xırdalanlıların halına acıyarsınız.

Deyirəm bəlkə Abşeron rayon rəhbərliyi bizi düşünüb - bu qədər günah içində olan insanları gedəcəkləri yerə alışdırır – Cəhənnəm havasına?


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-22
2021-10-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 21 19 16 14 12 09 07 05 02
September: 25

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK