adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

RUHUMUZUN DAŞIYA BİLMƏDİYİ YÜK

FƏRİDƏ RƏHİMLİ
19549 | 2018-10-26 14:35

Şair dərddən yazar, sevgidən,həsrətdən, qəmdən, möhnətdən yazar. Yurd həsrətidnən, torpaq itkisinin dərdindəndivanəyə dönər. Bizdə hansıdı? Hansı səbəbdən şair olmuşuq?

Ən dəhşətlisi də odur ki, özübir kəlmə yaza bilməyib, pulu olanlar ordusu var ki, şairliq eşqinə düşüblər. Həttacild-cild kitabları da çıxır, "nəfis şəkildə, yüksək keyfiyyətlə” və ən yaxşı nəşriyyatlarda.Təqdimatları keçirilir, utanmadan, qızarmadan da durub gələn – gəlməyə bilməyən(həddi nədi gəlməsin!) qonaqların qarşısında pulla tutulmuş "şeir yazanlarının”diktəsi ilə əzbərlədikləri "nitq” də söyləyirlər.

Düşmən tapdağında qalantorpaqların üzərində gəzən çox həqiqi şairlərimiz də var ki, ancaq sevgidən vəməişət sərgüzəştlərindən yazırlar. Sanki bu həngamənin onlara aidiyyatı yoxdur.

Yəqin ki, elə itirə-itirə,bağışlaya-bağışlaya, peşkəş edə-edə gəldiyimiz torpaqların itkisindənmanyaklaşmışıq. O həsrətdən yaza-yaza dəliyə dönmüşük, itirmişik özümüzü, nədən,niyə yazdığımızı da unutmuşuq artıq.

Yeganə dövlətik ki, hər tərəfdəndədə-baba torpaqlarımızla həmsərhədik. Bu elə belə söz deyil ey, elə-belə dərddeyil ey, çəkənə ağır, öldürücü, alçaldıcı dərddi.

Çalıb-oynayırıq,televiziyada, küçələrdə, kafe-restoranlarda çal-çağırdı. Əyləncə sevdiyimizdənbizimlə əylənənləri, görməzdən gəlirik,unutmuşuq.

On dörd-on beş yaşım olardı.Kəndimizdən bir oğlan Sovet Ordusu sıralarındaykən öldürülmüşdü. Oğlanın anasının hərəkətlərini heç unudabilmirəm. Cənazəni gətirəndə ana oyanayırdı! Qonşu qadınların mane olmasınabaxmayaraq üz-gözünü cırıq-cırıq eləmişdi, qan içində oynayırdı. Bu olay mənəelə bir təsir eləmişdi ki…

Dəli oldu ana, ağlını itirdi,dözə bilmədi oğul itkisinə. Kəndimizdəki gözəl qızlara saatlarca dayanıb tamaşaedər, sakit-sakit ağlayardı… oğlu üçün gəlin gözaltı edirdi Şükufə ana…

Çalıb-oynayırıq. Deyirəm bəlkəo ana kimi dərddən oynayırıq. Amma çalıb-oynayanların üz-gözündəki qan deyil,boyadı. Üzlərində çapıqlar dırnaq yeri deyil, plastik əməliyyatların nəticəsidi.O ana bir oğul itirmişdi – indi yüzlərcə laydivar oğullar itirdik, həm də adi -sıradan deyil, qeyrətli, qəhrəman, vətəni, torpağı namusu sayan oğulları.Onlardan əvvəlsə anamızın anası vətəni itirdik. Bəli, itirdik! İllərdi,Qarabağın da Zəngəzurun, Göyçənin, Dərələyəzin, Dəmir Qapı Dərbəndin, Dilicanın, Təbrizin… gününə düşəcəyindənqorxuram. Amma get-gedə ümid də ölür…

Bu çalıb-oynayanlar, şairlikiddiasına düşənlər, övladlarını yalnız müğənni, musiqiçi, rəqqasə, meyxanaçı,idmançı görmək istəyənlərləmi alacağıq o yurd yerlərini? Qarabağ, Şuşa, Xankəndi,Laçın, Kəlbəcər, Həkəri və sair adları deyəndə təsəvvürlərində kafe-restorancanlanan uşaqlar, gənclərləmi alacağıq o torpaqları? Yoxsa, torpaq uğrundadöyüşmək də cihaddır, deyən Müqəddəs Kitabımızın vəd elədiyi Sahib-Əz-Zamanımıgözləyəcəyik?!.

Sosial şəbəkələrdə tez-tezpaylaşılan erməni videolarını seyr edirsinizmi heç? Kəlbəcərdə, İstisuda isirahətedən erməni dığaları, haxçılarının o cənnət məkanlarımızı murdar ayaqlarıylatapdaladığını görmək ağrı vermirmi ürəklərinizə?

Bir neçə gün əvvəl paylaşılan,Füzuli rayonuna qədər asfalt yolun çəkilməsi necə? Şuşada tikilən obyektlər,kilsə???

Əsirlikdən geri alınmışqadının danışdıqları tükürpədən hadisələrə ürək dərmanı içmədən axıra qədərqulaq asa bildinizmi? O qadının utanaraq bəlkə də hələ olanların yarısınıdanışdığı əzablarının bir zərrəsini içinizdə hiss edə bildinizmi?..

Hiss eləmirsinizsə, deməkqeyrət anlayışı ölüb bu millətin!

Bir neçə gün əvvəlAzərbaycan Respublikası əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədarDövlət Komissiyasının və Baş redaktoru Nəzakət Məmmədova olanRespublikaXatirə KitabıRedaksiyasının birgə əməyi nəticəsindəXatirə Kitabının Xüsusi buraxılışı işıq üzü gördü.

Bütün heyət, xüsusilə işin əsas - ağır hissəsiniçiyinlərinə götürmüş Nahid Salayev, arxivlərdə o insanların taleyini araşdırarkənhavalanma dərəcəsinə çatmanın, qeyrətinin, ağlının, düşüncəsinin qəbul etmədiyihadisələri həzm etmənin çətinliyi altında ərsəyə gətirdilər bu kitabı. Əsirlərimizinbaşlarına gətirilən dəhşətli işgəncələri ifadə etməkdə söz acizdir…

Allahın insan deyərək yaratdığı erməniylədostluq arzusunda olanların biri o işgəncələrdən bir zərrəni dadsaydı, yaxudyaxınlarının binin başına gətirilsəydi, yenə o dostluğu istəyərdilərmi,maraqlıdı?..

Erməni virusu bu yurda məkrlə, hiyləylədaraşdırıldı, yer üzündən silinənə qədər də türk millətinin düşməni olaraqqalacaq, belə bir düşmənimizin olduğunu unutmaq lazım deyil!

Can Yücel deyir ki: "Bədəninyükünü ayaqlar daşıyır, ruhun yükünü ürək”.

Ruhumuz yüklənib, ürəklərimiz daşıya bilirikmi???

Mən daşıya bilmirəm...


TƏQVİM / ARXİV