adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

“ƏDALƏT”DƏN İLAHİ ƏDALƏTƏ YOLÇU - Fəridə RƏHİMLİ yazır

FƏRİDƏ RƏHİMLİ
53725 | 2019-06-21 17:21

Heç səhər-səhər gözləmədiyiniz halda sarsıdıcıbəd xəbər almısınızmı? Beyninizdə qanın dövr etdiyini yox, sanki nasoslavurulurmuş kimi şırıltısını hiss etmisinizmi həmin an? Telefon əlinizdəndüşübmü, nə deyəcəyinizi, nə edəcəyinizi bilmədən içinizdəki hayqırtınıboğmaqla içinizdə çapalamısınızmı?

Mənaldım o xəbəri... Bu çox ağırmış, çox dözülməzmiş... xəstəliyinin ağır olduğunubilsəm də, bu itkiyə hazır deyildim.

Yazılarını ilk oxuduğum andan onu özümə ürəkdostu bildim. Bütün yazılarında duyğu, sevgi dolu ürək, bəzən dünyadanküskünlük, vəfasızlıq, güvənsizlik, amma hardasa ülvi hisslərin də olduğunundoğruluğu ümidi, əksər vaxt anlamazlıq dərdindən çəkdikləri, savadsızlıq,avamlıq ucbatından arzularını içində boğmuş insanlara acıması, mövhumatçılığa,dini fanatizmə etirazı, həm də özünün bir az mühafizəkar xarakterindən doğanaçıq sezilən çəkingənlik vardı. Geniş mütaliəsindən yaddaşına hopmuş qiymətlifikirlərə istinadən yazdıqları fəlsəfi düşüncələrinin məhsuluydu. Sadə, axıcı, oxucularınanladığı və həm də sevdiyi üslubda yazısını hər həftə sonu maraqla gözləyənlərçoxdu. Bu, yazıdakı Vəsilə xanımdı.

Həyatdakı Vəsilə xanımın dağdan ağır, heç birdərdə bənzəməyən, çəkilməz bala dərdivardı. Sevgidən, dönüklükdən, etibarsızlıqdan çəkdiyi vardı... Qız balasının həyatındannarahatlığı, nəvələrin gələcəyi üçün nigarançılığı söhbətlərində ani keçsə də,yenə özünü ələ alar, müsbət aurasıyla söhbəti dəyişərdi. Həzin, asta-astadanışığı, insanın ruhunu sakitləşdirən səsi vardı. Bəzən telefon söhbətlərimizdənsonra onun mənə verdiyi moraldan, təsəllidən özümü o qədər xəfifləmiş, yüngülləşmişhiss edərdim ki! Həm də məətəl qalardım ki, insanın özünün bu qədər dərd yükü varkənbaşqalarına bu cür ruh yüksəkliyi yaradan enerji ötürməsi asandımı?

Rayona gedəndə yolüstü dəy, görüşək – demişdi.Məni yazısında təsvir etdiyi Suqovuşana aparacaqdı... hər dəfə rayona gedəndə onuniş yerinin lap yaxınından ötsəm də görüşə bilmədik. Çünki rayona gedişim yabazar, ya da bayram günlərinə düşərdi. O da həmin gün işdə olmazdı, evində dənarahatlıq vermək istəməzdim.

Nəvəsini yoxlama üçün Bakıya klinikaya gətirəndədə, özü hər kəsdən gizlətdiyi ağır xəstəliyinin analizi üçün gətiriləndə dəkimsəni narahat etmək istəmədiyindən israrla gəlməməyi xahiş etdi. Onu kimsəninbu vəziyyətdə görməsini istəmədi. Bilmirəm, eqoistlikmiydi onun bu düşüncələri,yoxsa o haqlı idi. İnsan dərd bölüşdüyü insanı niyə ən ağır anında görmək istəməsin?!Bəlkə ona görə ki, həyatı anlamaqda, insan psixologiyasını dərindən dərk etməkvə qiymətləndirməkdə o, çoxlarından öndə idi... Amma o bazar günü onun istəyininəksinə çıxaraq yanına – ata yurdu Kolanıya gedəcəkdim. Qızıyla da bu barədəsöhbət etdim. Acı xəbərsə onun istəyindən yana oldu... xəyalımdakı gözəl, dəyərliVəsilə Usubovanı düşkün vəziyyətdə görməyim və ömür boyu onun əzablarınıxatırlamayım deyə...

İnsanı özü kimi anlayan, duyan birinin həyatdanköçməsi, bir tərəfinin kəsilməsi kimi olurmuş. Göynərtisini zaman-zaman hiss edəcəyimizbir yara. O mübhəm ruhi bağlantı, "uzağın” yaxınlığı, yadın doğmalığı İlahininizahedilməz möcüzələrindən biri idi. Bir dəfə də üzünü görmədiyin insana ürəklərəfiqəm deyə bilmək rahatlığı da bu möcüzənin yaratdığı əminlik idi...

"Ədalət”in səhifələrində çox zaman "qonşu”olardıq. Onun yazılarının yanında öz yazılarımı çox zəif görərdim və bunu onasöylərdim. Hər həftə də olmasa bir neçə həftədən bir yazıların müzakirəsini edərdik.Sənin filan yazın... deyərkən mən: sizin yazınız hara, mənim yazım hara Vəsiləxanım, siz peşəkar jurnalistsiniz – deyəndə sözümü kəsərdi. Fəridəciyim (beləmüraciət edərdi mənə!), əksinə sənin duyğuların mənə çox doğmadı, çox tanışdı,mən sənin yazılarını çox bəyənirəm – deyirdi. Yazılarından birini isə mənim "Çərşənbətorbası” yazımın ona etdiyi təsir altında yazdığını söyləmişdi və bundan çox məmnunolmuşdum.

İşimlə, dolanışığımla, şəxsi həyatımla damaraqlanardı. Söhbətimiz ərəfəsində mənimlə sevinər, mənimlə qəmlənərdi. Yenibir işə düzəldiyimi eşidəndə, övlad toyu etdiyimi biləndə, sonra ilk nəvəsevincimi biləndə səsində elə bir sevinc duydum ki! İlahi, insan başqasınınsevincinə necə bu qədər səmimiliklə şərik ola bilərmiş?!.

Mənə,fikir çəkmə,- deyirdin, güclü qadın, özünsə gücün çatmayan yükünü sürükləyirmişsənməzara sarı... Xərçəngkeçmişdəki gizli inciklik, qəzəb, hirs, qisas almaq istəkləridir ki, bədəni"yeyirlər”. Bu təhtəlşüurdakı dərin, sağalmayan qəlb ağrılardır. Bu güclü,uzaqlara gedən, özünün özü ilə və ətraf dünya ilə olan sağalmayan yaradır.

İçimdə bir dost qəbiristanlığı var, Vəsiləxanım. Sən də o məzarlığın ən layiqli üzvüsən, canım Vəsilə xanım! Nə vaxtsayanına gələcəyəm, amma o vaxta qədər sənin də qəbrini gəzdirmək ağırlığı olacaqiçimdə. Sən rahatlandın. Bu dünyanın ikiüzlülüyündən, etibarsızlığından, vəfasızlığından,üzüdönüklüyündən, məddahlığından, yalanından, riyakarlığından... iyrəndin, haqqdünyadasan. "Ədalət”də öz əvəzolunmaz yerini boş, ədalətçilərin qəlblərindəüzücü bir iz qoyub getsən də, əsl ilahi ədalətin olduğu məkana yerləşdin. Məkanıncənnət olsun, ədalətli qadın!

Səsin, həlim nitqin qulaqlarımda, böyük bacıkimi tövsiyyələrin ağlımda, qürurlu, əyilməz xarakterinin ifadəsi olan"soyuqluğun” gündəlik həyatımda təsirsiz qalmadı. Səni gerçəkdən çox sevdim,istedadlı jurnalist, nümunəvi qadın, dəyərli insan...


TƏQVİM / ARXİV