adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
14 Sentyabr 2020 12:37
72313
MARAQLI
A- A+

İnsanla meymunun mayalanmasından yeni canlı növü - Sercan Meriç yazır

Yazar Halit Kakınç son kitabı “İnsaymun”da “İnsan 46, şimpanze 48 xromosoma sahibdir.Onların mayalanmasından yenic cins əldə etmək mümkündürmü?” sualına cavab axtarır.

Elm adamları insanla meymunu mayalandırmaq təşəbbüsünə nə vaxt başladı?

Ən ciddi ilk təşəbbüs SSRİ-də Stalinlə başlayır. Bu məsələnin həlli Qırmızı Frankşteyn Dr. İlya İvanoviçə tapşırılır. Moskva qəzetlərində bu barədə ciddi bir xəbər çıxır. Stalin belə deyirdi: “Yenilməz bir insan cinsi istəyirəm. Ağrını hiss etməyən. İnadcıl. Hər nə olursa, olsa problem etmədən yeyə bilən...”

Sonra?

1926-cı ildə Elmlər Akademiyası Siyasi Bürodan əmr alır: “Canlı döyüş makinaları yaradacaqsınız. Hədəf İnsaymundur.” Bu işin öhdəsindən meymunla insanın mayalanmasından yaranan bir canlının gələ biləcəyi düşünülürdü. Başladılar, amma bir nəticə olmadı.

Bu təşəbbüslər təkcə SSRİ ilə yekunlaşır?

Bu təşəbbüs Avropaya və ABŞ-a sıçrayır. Fransanın Lion şəhəri yaxınlığında 18 oktyabr 1713-cü ildə bir uşaq doğulur. Deyilənlərə görə, gənc qız 18 yaşında vəfat edir. Qeydlərə görə, yekə dişləri, yarıq dodaqları, uzun qolları və ayaqları, qıllı vücudu var idi. Anası isə bir meymunun baxıcısı idi. 1757-ci ildə Fransa qəzetlərinə bir xəbər çıxır. “Bir neçə il öncə meymuna bənzəyən və meymun kimi davranan 5 yaşında bir qız uşağı can verir. Danışmağı öyrənə bilmir, amma meymun kimi bağırır.

Insanları meymunlarla cütləşdirmək insanlıqdan kənar əməldir?

Biz şimpanzeyə hər nə qədər meymun desək də, elmi baxımdan şimpanze oranqutan, ya da qorilla kimi meymun deyil. Keçmiş dünya meymunları və yeni dünya meymunaları ilə “meymunlar komandası”nın bir üzvüdürlər. Meymun kəliməsi günümüzdə bir qrupu deyil, ortaq əcdaddan törəmə bir qrupu ifadə etməkdədir. İnsan növü yeni inkişaf edən, elmi terminlə bir primatdır. Bir meymun cinsidir və daha spesifik olaraq bir insan-meymundur. Yeni insan zatən meymundur. Şimpanze ilə ortaq əcdadı Orrorindir.

İnsaymundan üçün ilk təşəbbüs Stalindən gəldi.

Sovet lideri Stalin insan ilə meymunun mayalanması üçün dr. İvanovu vəzifələndirir. O dövr üçün yüksək məbləğ sayılan 200 min dollarlıq təsisat ayırır. İvanov öncə dişi meymunları insan sperması ilə dölləndirməyi planlayır. Üç şimpanze ilə ilk sınaqlarına başlayır.

Modern meymunlar modern insanların əcdadları deyil.

Insan meymun növüdürsə, digər meymun növləri niyə insan olmur sualı ən çox verilənlərdəndir.
Insan günümüzdəki heç bir meymundan törəməyib. Bu təkamüllə keçilir. Hazırda yaşayan canlıların heç biri digərindən törəməyib. Modern cinslər bir-birindən təkamül keçməzlər. Sadəcə eyni əcdada sahibdirlər. İnsanın yaşayan ən yaxın əmi uşaqları bonobo meymunları və şimpanzelərdir. Yaşamayan növlər arasındasa ən yaxın qohumları neandertallardır. Var olan bütün canlılar ilə insan arasındakı əlaqəyə Çarlz Darvin “Yaşam ağacı” deyib. Meymunlar niyə birbaşa insana çevrilmədi? Çünki modern meymunlar modern insanın əcdadı deyil.

Dilimizə uyğunlaşdıran: Emin Piri